Qəlbimi Qıranda Sen oldun Gülüm

04 Temmuz 2015
4 467
0
Qəlbimi Qıranda Sen oldun Gülüm
Qəlbimi Qıranda Sen oldun Gülüm
Ağrılar – acılar yaşatdın mənə,
Qəlbimi qıranda sən oldun gülüm.
Sevginlə ovutdun kiçik qəlbimi,
Qəlbimi qıranda sən oldun gülüm.


Düşündüm heç zaman tərk etməz məni,
Hamıya deyirdim çox sevir məni,
Hardan biləydim ki, aldadır məni,
Qəlbimi qıranda sən oldun gülüm.

Daha bacarmıram sənsiz qalmağa,
Ümidim bir dənə qalıb Allaha,
Gəcə də fikirdən yatmıram daha,
Qəlbimi qıranda sən oldun gülüm.


Heç vaxt dərk etmədin sən bu sevgini,
Daima, həmişə incitdin məni,
Heyif ki, çox ucuz tutdun sevgini,
Qəlbimi qıranda sən oldun gülüm.

Sevgilər başlayır acıyla, qəmlə,
Mənim sevgim isə bitdi kədərlə,
Ömrümə yazıldı qara sözlərlə,
Qəlbimi qıranda sən oldun gülüm.

O da çəkəcəkdir mən çəkdiyimi,
Allah bu acıları təkcə çəkdirməz,
Vaxt gələr ey, Rəşad, o deyər bunu,
Qəlbimi qıranda sən oldun gülüm.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.