Gözəl hekayəm#1

10 Eylül 2014
1 423
9
Gözəl hekayəm#1
Gözəl hekayəm#1


Gözəl hekayəm#1


Xeyirxah qız
Bir gün ağsaçlı müdrik qocanın yanına gözü yaşlı gənc, gözəl bir qız gəlir:

-Nə edim, mənə məsləhət verin. Mən həmişə hamıya kömək etməyə,heç kimi incitməməyə çalışıram. İnsanlara qarşı çox xeyirxaham.
Bu qədər səmimi və mehriban olmağıma baxmayaraq, hörmət və minnətdarlıq əvəzinə çox vaxt qəlbimi qırır, məni incidirlər. Mənim günahım yoxdur, bu, ədalətsizlikdir. Ağladacaq qədər ağrılıdır.

Müdrik qoca gözəl qıza baxdı və gülümsədi:


-Çılpaq soyun, şəhərin küçələrini belə gəz.

-Dəli olmusunuz? Belə halda Allah bilir başıma nə oyun gətirərlər.

Belə olduqda ağsaqqal qapını açdı, bir güzgü gətirdi, qızın önünə qoydu:

-Bax, görürsən, bu gözəl bədəninlə insanların qarşısına çılpaq çıxmağa cəsarət etmirsən.

Nədən çılpaq qəlbinlə yer üzündə gəzirsən?Sənin qəlbin bu qapı kimi açıqdır, hamı ora sərbəst daxil olur.Sənin qəlbin güzgü kimi əks etdirir.Sənin xeyirxahlığında öz pis əməllərinin əksini görənlər səni alçaltmağa, incitməyə, ləkələməyə çalışırlar.Hər adamın cəsarəti çatmır etiraf etsin ki, kimsə ondan yaxşıdır. Dəyişməyi bacarmayan belə adamlar düşmənçilik etməyə üstünlük verir.

-Bəs mən nə edim?

-Gedək, mən sənə öz bağımı göstərim.

Müdrik adam qızı bağa apararaq dedi:


-Neçə illərdir ki, mən bu güllərə, çiçəklərə su verirəm, qulluq edirəm. Hələ bir dəfə də olsun onun qönçə açmağa başladığı anı görməmişəm. Halbuki, hər gün onların gözəlliyindən və ətrindən zövq alıram.

Sən də çiçək kimi ol. İnsanların qarşısında ürəyini tələsmədən, hiss etdirmədən aç.Diqqət et ki, kim sənə dost olmağa layiqdir, kim çiçək sulayan, kimi sənin xeyirxahlığına
təkan verir, kim isə ləçəkləri qoparır, ayaq altında əzir


Gözəl hekayəm#1
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
_Əlinin Aşkı_
oxudum maraqlidi cox sagolll
Bella
  • Bella
  • 10 Eylül 2014 19:34
Hekayəni bəyəndim doğurdan da ibrətamiz hekayədir
More
  • More
  • 10 Eylül 2014 16:31
OxuduM Maraqlı İdi Gifdə Qəşəxdi
Dear..
təşəkkürlər.....
.:;CraZy GirL;:.
maraqli idi oxudum Təşəkkürlər Xəbərə Görə,Minnətdarıqk
Drea..
beyendim maraqlı idi teşekürler gifi goturdum
ЗайкА)
MaraqLı idi. Hər kəsə Lazım oLduğu dəyəri vermək Lazmdı. TəşəkkürLər
✔ӄɨռɖɛʀ ֆʊʀքʀɨֆ✔
oxzudum maraqli idi giflerde qewengdi
Bahar
  • Bahar
  • 10 Eylül 2014 12:29
oxudum maraqlidi tesekkurler