Fatimə (s.ə)-nin vəsiyyəti

06 Temmuz 2015
2 926
0
Fatimə (s.ə)-nin vəsiyyəti
Fatimə (s.ə)-nin vəsiyyəti


Fətal Nişaburinin «Rövzətül-vənzin» kitabında belə yazılır: «Həzrəti-Fatimə (s.ə) 40 gün yataqda xəstə oldu və ondan sonra dünyasını dəyişdi. Ölümün yaxınlığını hiss etdikdə Ümmü Əyməni, Əsma binti Ümeysi və Əli(ə.s)-ni istədi. Onlar Xanım(s.ə)-ın yanına gəldilər. Bu zaman Fatimə (s.ə) Əli(ə.s)-yə belə buyurdu:

__ Ey əmim oğlu! Ölüm xəbəri mənə çatıb. Elə bilirəm ki, az bir müddətdən sonra atam Peyğəmbə (s)-rə yetişəcəyəm. Ürəyimdə olanı sənə vəsiyyət edirəm.

Əli(ə.s):

__ Ey Peyğəmbər (s)-in qızı, istədiyini vəsiyyət elə.

O vaxt Əli(ə.s) Fatimə (ə.s)-nin baş tərəfində oturmuşdu. Evdə olanlara isə buyurdu:

__ Bizi tək buraxın.


Sonra Fatimə (s.ə) dedi:

__ Ey əmim oğlu! Mənimlə evləndiyin gündən məndən xəyanət və yalan görməmisən. Mən heç vaxt sənə qarşı çıxmamışam.

Əli(ə.s) buyurdu:

__ Xeyr, heç vaxt səndən elə şeylər görməmişəm. Sən həmişə ayıq, sevimli və əziz olmusan. Sənin Allah dərgahında olan xofun səni öz müxalifin kimi məlamət etməkdən daha çoxdur. Səndən ayrılmaq mənə çox çətindir. Amma nə edək ki, ölümə çarə yoxdur. And olsun Allaha! Elə bil, Peyğəmbər (s)-in şəhadət müsibəti mənim üçün yenidən təkrarlanır. Səndən ayrılmaq və sənin yoxluğun çox böyük bir müsibətdir.


«Allah tərəfindən gəlmişik, Allaha doğru da qayıdacağıq».


Bu, çox acı bir müsibətdir.



«Bu müsibətin rahatlığı yoxdur və ürək yandıran, sağalmayandır».



Sonra bir müddət birlikdə ağladılar. Əli(ə.s) Fatimə (s.ə)-nin başını qucaqlayıb buyurdu:

__ Nə istəyirsən, vəsiyyət elə. Sənin vəsiyyətinə əməl edərəm, sənin işini öz işimdən qabağa salaram.

Fatimə (s.ə):

__ Əmim oğlu, Allah özü sənin mükafatını versin. Məndən sonra bacım Zeynəbin qızı Əmamə ilə evlənərsən. Mənim üçün tabut düzəlt. Mənə zülm edənlərdən və haqqımı tapdalayanlardan heç biri mənim cənazəmin yanına gəlməsinlər, mənim üçün namaz qılmasınlar. Onlara itaət edənlər də gəlməsinlər. Məni gecə camaat yuxuya gedəndən sonra dəfn edərsən».

«Misbahül-ənvar» kitabında İmam Sadiq(ə.s)-in Atasından eşitdiyi bir rəvayətdə belə oxuyuruq ki, Fatimə (s.ə) ehtizar (dünyadan gedən zaman, «canüstündə» olanda) vaxtında Əmirəl-möminin(ə.s)-ə belə vəsiyyət etmişdi: «Mən səni Allaha tapşırıram və vəsiyyət edirəm ki, övladlarımla yaxşı rəftar edəsən». Sonra qızı Ümmü Gülsümü bağrına basdı və Əli(ə.s)-yə buyurdu: «Bu qızım həddi-buluğa çatanda evin bütün əşyaları onun olsun və Allah onun köməyi olsun».

Həmçinin rəvayət olunub ki, Zəhra (s.ə)-nın ayrılıq vaxtı çatdı, bir az ağladı. Əmirəl-möminin Əli(ə.s) soruşdu:

__ Niyə ağlayırsan?

Fatimə (s.ə):

__ Məndən sonra sənə yetişəcək azar və əziyyətlərə görə ağlayıram.

Əli(ə.s):

__ Ağlama, and olsun Allaha, onun yolunda bu çətinliklər mənim üçün asandır».

Yenə də belə rəvayət edirlər:

«Fatimə (s.ə) Əli(ə.s)-yə dedi:

__ Ümmü Sələmə, Ümmü Əymən və Fizzədən başqa heç kəsə mənim dünyadan getməyim haqda xəbər vermə. Kişilərdən də iki oğlum, Peyğəmbər (s)-in əmisi __ Abbas, Salman, Miqdad, Əbuzər və Hüzeyfəyə xəbər et. Sənə də mən öləndən sonra məni görməyi halal edirəm. (Bədənini yaralı olduğu üçün Əli(ə.s)-yə göstərmirdi, öləndə isə icazə verdi ki, onun bədənində olan zədələrə baxsın).

Dediyim qadınlarla mənə qüsl ver, məni gecə dəfn elə, qəbrimi ziyarət edəndə də heç kəsə demə».

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.