Təravih namazı nədir və necə qılınır?

05 Temmuz 2015
3 011
0
Təravih namazı nədir və necə qılınır?
Təravih namazı nədir və necə qılınır?


Təravih" ərəb dilində "istirahət etmək, dincəlmək" mənasını verir.
Milli.Az islam.az-a istinadən bildirir ki, ramazan ayının gecələrində əhli-sünnə müsəlmanlar tərəfindən qılınan və təkid olunan sünnət sayılan namaza deyilir.

Təravih namazı adətən 20 rükət qılınır. Rükətlərin sayının ikinci xəlifə Ömər ibn Xəttab tərəfindən təyin edildiyini yazırlar. Ənənəyə uyğun olaraq, 20 rükətlik təravih namazından sonra 3 rükətlik vitr namazı da qılınır. Təravih namazının hər 4 rükətindən sonra azacıq dincəlirlər ("təravih" sözü də buradandır). Təravih namazını qılarkən cüt rükətlərin sonunda salam vermək (yəni 10 salamla qılmaq) daha yaxşıdır.

Təravih namazının vaxtı işa namazından sübh namazına kimidir. Gecənin yarısından və ya gecənin üçdən-bir hissəsi keçdikdən sonra qılınması müstəhəbdir. Təravih namazının qılınma qaydası adi gündəlik namazlar kimidir. Əhli-sünnə məzhəbində bu namazı camaatla qılırlar.

Şiə (cəfəri) məzhəbində təravih namazına baxış fərqlidir. Şiə rəvayətlərinə görə, təravih namazı Ömər ibn Xəttabın zamanında qılınmağa başlamışdır; Peyğəmbərin vaxtında belə bir namazın qılınması haqqında səhih məlumat yoxdur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.