Mən sizi tərk edərək aranızda iki ağır əmanət qoyuram

07 Temmuz 2015
1 509
0
Mən sizi tərk edərək aranızda iki ağır əmanət qoyuram
Mən sizi tərk edərək aranızda iki ağır əmanət qoyuram
Bu söz (səqəleyn) Peyğəmbəri-əkrəmin (s) buyruğunda gəldiyi üçün "səqəleyn" hədisi adlanmışdır. Belə ki, Həzrət buyurmuşdur:
اِنّى تارِكٌ فيكُمُ الثِّقْلَيْنِ...
"Mən sizi tərk edərək aranızda iki ağır əmanət qoyuram..." ("Səqəleyn" sözünü iki cür oxumaq olar: 1-"Səqəleyn", onun tək forması "səqəl"dir, qiymətli və dəyərli, eləcə də müsafirin əmtəəsi mə’nasını daşıyır. 2-"Siqleyn", onun tək forması "siql"dir, bu da ağır şey mənasını verir. "Ət-təhqiq" kitabının müəllifinin əqidəsinə əsasən, birinci məna mənəvi baxımdan qiymətli şeyə deyilir, ikincisi isə ümumi məna kəsb edir. Yeri gəlmişkən, diqqət yetirmək lazımdır ki, "səqəl" sözü "sifəti-müşəbbəhə", "siql" sözü isə məsdər formasında olan isimdir.)
Bu hədis şiə və sünnilərin mö’təbər kitablarında Peyğəmbəri-əkrəmdən (s) geniş şəkildə nəql olunmuşdur. Belə ki, hədisin o həzrətdən nəql olunmasına heç bir şübhə yoxdur. Hədislərin məcmusundan açıq-aşkar başa düşülür ki, Peyğəmbər (s) bu hədisi bir dəfə bəyan etməmişdir. Onu müxtəlif yerlərdə dəfələrlə buyurmuşdur və rəvayətlər də tamamilə bir-birindən fərqlənir.
Burada hədisin ravilərinə və onu nəql edən mö’təbər kitablara işarə edirik:
1. Əhli-sünnənin ən məşhur kitabı sayılan, eləcə də altı səhih kitabdan biri olan "Səhihi-Müslim"də Zeyd ibn Ərqəmdən belə nəql edilir:
قامَ رَسوُل اللهِ (ص) يَوْماً فِينا خَطِيباً بِماءٍ يُدْعى خُمّاً، بَيْنَ مَكَّة وَالْمَدينَةِ، فَحَمَدَاللهَ وَاَثْنى عَلَيْهِ، وَوَعَظَ وَذَكَرَ، ثُمَّ قال: اَمّا بَعْدُ اَلا اَيُّها النّاسُ فَاِنَّما اَنَا بَشَرٌ يُوشَكُ اَنْ يَأتِىَ رَسُولُ رَبِّى فَاُجِيبُ، وَاِنِّى تارِكٌ فِيكُمْ ثِقْلَيْنِ: اَوَّلُهُما كِتابُ اللهِ، فِيهِ الهُدى وَالنُّورُ، فَخُذُوابِكِتابِ اللهِ وَاسْتَمْسِكُوا بِهِ، فَحَثَّ عَلى كِتابِ اللهِ وَرَغَّبَ فِيهِ، ثُمَّ قالَ وَاَهْلِبَيْتى، اُذَكِّرُكُمُ اللهَ فِى اَهْلِبَيْتى، اُذَكِّرُكُمُ اللهَ فِى اَهْلِبَيْتى، اُذَكِّرُكُمُ اللهَ فِى اَهْلِبَيْتى...
"Bir gün Allahın Rəsulu (s) bizimlə birgə olarkən, Məkkə ilə Mədinə arasında yerləşən rütubətli "Xum" (Qədir-Xum) (Su yığılıb qalan bir torpağın yerləşdiyi məntəqəyə deyilir. (“Fərhəngi-muin.” (Müt.)) adlı məntəqədə ayağa qalxıb, Allaha həmd-səna edəndən, moizə və öyüd-nəsihətdən sonra buyurdu: "Ey camaat! Mən də insanam, Allahın elçisinin gəlişi və onun də’vətini qəbul etməyimin vaxtı yaxınlaşmışdır. Mən sizin aranızda iki ağır və qiymətli əmanət qoyuram: Birincisi hidayət və nurla dolu Allahın kitabıdır. Ondan bərk yapışın.” Peyğəmbər (s) Qur’anla bağlı çoxlu tapşırıq verəndən sonra buyurdu: "(İkincisi) Əhli-beytimdir. Sizə tövsiyə edirəm ki, Allaha xatir Əhli-beytimi unutmayın! Sizə tövsiyə edirəm ki, Əhli-beytimi unutmayın. Sizə tövsiyə edirəm ki, Əhli-beytimi unutmayın!"
Peyğəmbəri-əkrəmin (s) Əhli-beyti (ə) iki ağır və qiymətli əmanətdən biri kimi Qur’ani-kərimlə yanaşı bəyan etməsi və onlara qarşı ilahi məs’uliyyətin unudulmaması ilə bağlı bunu üç dəfə təkrarlaması göstərir ki, bu iş müsəlmanların müqəddəratı, hidayəti və İslamın əsasları ilə sıx əlaqəlidir. Bu isə onların Qur’ani-kərimlə yanaşı qeyd edilməsindən başa düşülür.
2. Yenə həmin kitabda Zeyd ibn Ərqəmdən azacıq fərqlə başqa bir rəvayət nəql olunmuşdur.
Diqqəti cəlb edən məsələ budur ki, bu hədisin davamında Zeyd ibn Ərqəmdən "Peyğəmbərin (s) Əhli-beytində məqsəd onun zövcələridirmi?" deyə soruşulduqda, o "Xeyr, məqsəd, onun nəsəbi qohumlarıdır ki, sədəqə onlara haramdır!" deyə cavab vermişdir.
3. Məşhur "Sünəni-Termizi" ("Səhihi-Termizi" adı ilə də məşhurdur) kitabının "Əhli-beytin fəzilətləri" bölümündə Cabir ibn Abdullahdan belə nəql olunur: "Həcc zamanı – "Ərəfə" günü Allahın Rəsulu (s) öz dəvəsinə minib xütbə oxuyurdu. Bu zaman onun belə buyurduğunu eşitdim:
يا اَيُّها النّاسُ اِنّى قَدْ تَرَكْتُ فِيكُمْ ما اَخَذتُمْ بِهِ كِتابَ اللهِ وَ عِترَتِى، اَهْلَبَيْتِى:
"Ey camaat! Mən sizin aranızda iki əmanət qoyuram. Əgər onlardan yapışsanız (onlara sarılsanız), heç vaxt zəlalətə düşməzsiniz. (O iki əmanət) Allahın kitabı və Əhli-beytimdir!”
(Səhihi-Termizi", 5-ci cild, səh. 662, "Əhli-beytin fəzilətləri" bölümü, hədis: 3786.)
Termizi əlavə edir: “Bunu Əbuzər, Əbu Səid Xidri, Zeyd ibn Ərqəm və Hüzeyfə də nəql etmişlər.”
4. Yenə həmin kitabda Əbu Səid və Zeyd ibn Ərqəmdən belə nəql olunur: "Allahın Rəsulu (s) belə buyurmuşdur:
اِنّى تارِكٌ فِيكُمْ ما اِنْ تَمَسَّكْتُمْ بِهِ لَنْ تَضِِلُّوا بَعْدِى: اَحَدُهُما اَعْظَمُ مِنَ الْآخَرِ، كِتابُ اللهِ حَبْلٌ مَمْدُودٌ مِنَ السَّماءِ اِلَى الْاَرْضِ، وَعِتْرَتِى اَهْلُبَيْتِى، وَلَنْ يَفْتَرِقا حَتّى يَرِدا عَلَىَّ الْحَوْضَ، فَانْظُرُوا كَيْفَ تُخْلِفُونِى فِهِيما:
"Mən sizin aranızda iki əmanət qoyuram. Əgər onlardan yapışsanız, heç vaxt zəlalətə düşməzsiniz: Biri səmadan yer üzünə uzanmış ip olan Allahın kitabı, digəri itrətim, Əhli-beytimdir! Onlar “Kövsər” hovuzunda mənə qovuşanadək, bir-birindən ayrılmazlar. Baxın görün, məndən sonra onlarla necə rəftar edəcəksiniz!"
5. Məşhur kitablardan olan "Sünəni-Darəmi"də Peyğəmbəri-əkrəmdən (s) Zeyd ibn Ərqəmin rəvayətinə oxşar bir hədis nəql olunmuş və orada açıq-aşkar"səqəleyn", "Allahın kitabı" və "Əhli-beyt" ifadələri ilə mətləb sona çatdırılmışdır.
("Sünəni-Darəmi", 2-ci cild, səh. 432, Beyrutun "Darul-fikr" çapı.)
Unutmayaq ki, Darəmi bəzi alimlərin dediyinə əsasən, Müslimin, Əbu Davudun və Termizinin müəllimi olmuşdur. "Sünəni-Darəmi" sünnilərin məşhur və mötəbər olan altı kitabından biridir.


Redaktə etdi Jessica
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.