Nə üçün Quranın evlərdə oxunması tövsiyə edilib?
Sual: Nə üçün Quranın evlərdə oxunması tövsiyə edilib?
Cavab: Hədislərdə gəlib ki, Quran oxumaq evləri nurani edər, bərəkətini çoxaldar. Mələklər orada hazır olar, şeytanlar o evdən uzaqlaşarlar. O ev asiman əhli üçün nurani olar.
Sual: Hansı kitablar Quranın "bacı” və "qardaş” kimi məhşur laşıblar?
Cavab: İmam Əli əleyhissalamın "Nəhcül-bəlağə”si Quranın qardaşı, İmam Səccad əleyhissalamın "Səhifeyi-Səccadiyyə” kitabı isə Quranın bacısı adlanır.
Sual: Quran Peyğəmbərə neçə dəfə nazil olub?
Cavab: Quran Peyğəmbərə 2 dəfə nazil olub: bir dəfəyə ("Qədr” surəsinin ilk ayəsinə görə) və tədricən ("Əsra” surəsinin 106-cı ayəsinə görə).
Sual: Quran oxumaq üçün hansı müstəhəb əməllərə riayət etmək lazımdır?
Cavab: Quran oxuyanda aşağıdakı şərtlərə riayət etmək lazımdır:
1- Paklıq və təharət (dəstəmazlı olmaq); Əgər Quran oxuyanda əllərin onun yazılarına dəyməsi ehtimalı verilsə, onda hökmən gərək dəstəmaz alınmalıdır.
2- Ağzın paklığı (dişləri fırçalamaq);
3- İxlas üzündən və Allaha görə oxumaq;
4- Qurandan qabaq məxsus duaları oxumaq;
5- "Nəhl” surəsinin 98-ci ayəsində buyurulan "əuzu billahi minəş-şeytanirrəcim” sözünü deyək.
6- Quranı üzündən oxumaq; hətta əzbərdən bilsə belə; bu iş günahların bağışlanmasına səbəb olur.
7- Gözəl səs ilə oxumaq;
8- Ərəb ləhcəsi ilə oxumaq;
9-Quran hər bir müsəlmanın səadətə çatmağı üçün bir proqramdır. Bu səbəbdən hər gün ən azı on ayə oxuması yaxşıdır.
10- Mənasına diqqət etmək;
11- Ahəstə və yavaş-yavaş oxumaq;
12- Quran oxunan zaman qulaq asmaq və sükut etmək;
13- Səcdə ayələrinə çatanda səcdə etmək;
14- Quranı xətm etmək (qurtarmaq);
15- Quranı əzbərləmək;
16- Quranı münasib yerdə saxlamaq;
17- Quranın qarşısında ədəb qaydalarına riayət etmək;
18- Quran oxunduğundan sonra "sədəqəllahül-əliyyul-əzim” demək
19- Quran oxunduqdan sonra dua oxumaq.
Sual: Həzrət Zəhranın (s.ə) şəninə nazil olan surə hansıdır?
Cavab: "Kovsər” surəsidir.
Sual: Allahın bütün behişt nemətlərindən danışdığı lakin Həzrəti Zəhranın əleyhissalam ehtiramına görə Hurul-eynin adını çəkmədiyi surə hansıdır?
Cavab: "İnsan”, yaxud da "Həl əta” surəsidir.
Sual: Hansı asiman kitablar Ramazan ayında nazil olub?
Cavab: "Tövrat”, "İncil”, "Zəbur”, "Suhuf” və "Quran” Ramazan ayında nazil olub.