Qoxu Təsnifatı

09 Temmuz 2015
3 666
0
Qoxu Təsnifatı
Qoxu Təsnifatı


http://i.hizliresim.com/9pMmo3.gif
İnsanlarda olduğu kimi ətirlərin də öz xüsusiyyətləri, fərqliliyi, üslubu vardır; ətirləri də müəyyən qruplara bölürlər. Fərqli təsnifat sistemlərində ətirlər 20-30 kateqoriyalara bölünür (ənbər, gül, ağac, meyvə və s.). Əslində ətrin təsnifatı subyektiv və sxematikdir. Parfüm tərtibçiləri ətri yozanda sözlərdən çox təsvir etmə bacarığına malikdirlər.

Ətirlərin təsnifatını qeyd edərək ağlımıza ilk gələn əsas ətrin qoxusunu bölmək mövzusudur. Buna əsaslanaraq əsas 4 qrup qeyd edirlər: floral, şərq (ədviyyat) qoxulu, sərin və ağac qoxulu.

İnsanların ilk tanıdığları ətirlər floral olub; Qədim Roma, Yunanıstan və Misirdə insanlar bu ətirlərin olduğunu bilirdilər. Bu ətirləri birləşdirən ən böyük qrupdur . Gül qoxulu kompozisiyaların alınmasında ətriyyatçılar qızılgülün, yasəmənin, inciçiçəyinin, qərənfilin və portağal ağacının aromatik yağlarını istifadə edirlər. Bu günlərdə gül qoxuları ən çox istənilən, xoşlanan ətirlərdir.
http://i.hizliresim.com/9pMmo3.gif
Şərq (ədviyyat) qoxuları ağır, əsasən qış, şirintəhər olan qoxulardılar. Bu qrupa adaçayı, rozmarin, zirə, zəncəfil, darçın və hil kimi ədviyyat notlaarı və qərənfil və lavanda kimi güllər daxildirlər. Ədviyyat elementli ətirlər istifadəçilərini sirli, özünə inamlı, qətiyyətli, ehtiraslı edirlər və belə ətirlər sərbəst, müstəqil, dəqiq təbiətli insanların seçimidir. Qədim vaxtlardan şərq qoxulu ətirlər sirlərlə dolu boxça kimi tanınırlar.

Sərin qoxular. Dinamik və aktiv həyat tərzi ətriyyatçıları gündəlik yüngül və təzə qoxulu ətirlərinin istifadəsi ruhlandırdı. Natural və təbii ətirlərin birləşməsinin əsas səbəbi praktik və rəngarəng kompozisiyalı ətirlərə ehtiyac olması idi.

Təzə qoxular isti yay günlərində bizə dəniz təravətini bəxş etdirirlər. Bu qoxunun dolğun palitrası insanların fantaziyasını canlandırır.

Ağac qoxuluların əsas tərkibi sidr, sandal, müşk, tütün, vetiver və s. bitkilərdən ibarətdir. Bu ətirlər qeyri-adi və təzə kompozisiyalı qoxulardır. Bu tip qoxular rəngarəng və qeyri-adi üslublu olan insanlara xasdır. Ağac qoxulu notlar bədəndə daha da aydın açılırlar, sirli və ruhlandırıcı obraz yaradırlar.

Əvvəllər ağac qoxulu ətirlər kişilər üçün nəzərdə tutulmuşdur, amma sonralar bir çox ətriyyatçılar unikal kompozisiya yaradaraq bu ətirlərə meyvə və gül qoxuları əlavə etmişdirlər.

R.t..ZemichKa
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.