Nələrə Dəyişdin Məhəbbətimi

09 Temmuz 2015
2 340
0
Nələrə Dəyişdin Məhəbbətimi
Nələrə Dəyişdin Məhəbbətimi
Məhəbbət saf olur sanma qapıdı,
Sevgi əzəmətli eşqin bağıdı,
Ürəyim sevginlə təndi yarıdı,
Duymadın qəlbimdən keçənlərimi,
Nələrə dəyişdin məhəbbətimi.


Sevdim sevə-sevə həsrətindəyəm
Andım ana-ana sənsizlikdəyəm,
Sənli günlərimin əsirindəyəm,
Sənsizlik puç etdi səadətimi,
Nələrə dəyişdin məhəbbətimi.


Nə bilə biləydim insafsızsan sən ,
İndi başqa yerdə başqa evdəsən,
Unuda bilmədim sən qəlbimdəsən,
Rəsminlə bir otaq tikdim evimi,
Nələrə dəyişdin məhəbbətimi.

Getdin gedişinlə nə etdin əldə,
Geriyə baxdınmı çıxıb gedəndə,
Sənin toy günündə yas etdim məndə,
Vəfasız qaldlrıb qədəhlərimi ,
Nələrə dəyişdin məhəbbətimi.


Seymur tükənməzdir eşqidə inan,
Olmaz Kərəm təki odlanan yanan,
Neçə ola gözəl huri tək canan
Unutmaz səninlə ötənlərini ,
Nələrə dəyişdin məhəbbətimi.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.