Qısqanclıq sevgidir yoxsa nöqsan..?

12 Nisan 2021
3 313
9
Qısqanclıq sevgidir yoxsa nöqsan..?

Qısqanclıq ən saf və təmiz hisslərin qənimidir. Bu sözləri hələ bizim eramızın 30-cu illərində dahi Ovidiy dilə gətirib.Lakin tarixin bütün dövrlərində, adi insanlardan tutmuş dahilərə qədər məhəbbətin acı zəhəri - qısqanclıq haqqında düşüncələr söyləyənlər olub. Məsələn, Aleksandr Düma -ata hesab edir di ki, yalnız qısqanclıq məhəbbətin gücünü əks etdirən göstəricidir. Andre Morua əmin idi ki, qısqanclıq insanları bir-birinə bağlayır, Filosof Jordano Bruno isə qısqanclığı məhəbbəti məhv edən bir qüvvə kimi gələmə verirdi.

Bəs qısqanclıq nədir? Biz bu qüsuru özümüzdə aşkar etdikdə nə etməliyik?
Qısqanclıq həddini aşanda, yəni patologiya halını alanda, bu hissi artıq Piza universitetində öyrənməyə başlayırlar. Universitetin dosenti Kyar Simonelli deyir:”Qısqanclığın yaş həddi, cins fərqi olmur.Bu hiss insanda sevdiyi insanı itirmək təhlükəsi qarşısında yaranır. Qısqanclıq bu və ya digər insanın fərqli xüsusiyyətlərinə yönəlmiş paxıllıq hisslərindən fərqlənir”.

Nəsihətimiz isə belə olacaq: qısqanclıq, əlbəttə ki, əsl məhəbbətin göstəricisidir. Lakin qısqanclıq həmçinin eqoizmin də bariz göstəricisidir. Sevgilimizi qısqanmaq da olar, onun üçün darıxmaq da – insanı qul etmək mümkün deyil. Tarix göstərir ki, zor, güc həmişə faciə ilə bitir. Belə ki, sevin, qısqanın, küsüb-barışın, lakin yaxşı olar kı, hisslərini nəzarətdə xaslayasınız, ani düşüncələrə uymayasınız, qısqanclığın gözü, deyirlər, kor olur. Qəlbinizdə birdən, səbəbsiz yaranmış qısqanclıq hissini isə açıq və saf hisslərlə üstələyin.

Nəticəsi – sevgi ilə dolu həyat olacaq.
Əvvəlki Xəbər
RƏYLƏR
Lami95
ozumnen asili olmasada cox qisqanacam:/ gozledi ama ))
SEHRI
  • SEHRI
  • 10 Temmuz 2015 20:57
Məncə hər şeyin qədəri gözəldi yerli-yersiz qısqanclıq pisixi xəstəlikdir mənə görə.Çox qısqanc olmaq sadəcə insanı bezdirməkdən başqa birşey deyildir.
...Милая...
Məndə qısqancam və düşünürəm ki, qısqanclıq gözəl hisdi.
Drea..
Mence qisqancLıq Sevgi qeder gozeL hiSSdi))Birinn seni qisqanması sozLe anLatıLa biLecek biwey diiL yqni.
gulawqa
xeberi sevdim ellerine salik ela idi sag ol
..ღKiNDeRღ..
mende qisqancam ve en cox sevdiyiklerimi itirmek qorxusu var:)

mende cox qisqancam en cox sevdiklerimi itirmekden qorxuram:)
♛Maleficenta♛
Məndədə var qıqanclıq:)Məncə gözəl hissdi))Ən gözəli isə sevdiyin insan tərəfindən qısqanılmaq:)Çox sağ olur Maraglı xəbərə üçün
...KüsgÜn...
saol qewey xeber idi sekili sevdim
FATIME
xeber maragli idi heyqeten cox sag ol
RƏY ƏLAVƏ ET