Ürək xəstəlikləri zamanı istifadə olunanlar

16 Temmuz 2015
3 198
0
Ürək xəstəlikləri zamanı istifadə olunanlar
Ürək xəstəlikləri zamanı istifadə olunanlar


1. Nar ürək xəstəliklərinə qarşı ən yaxşı vasitə sayılır. Narın tərkibində olan faydalı maddələr qanda xolesterini azaldır, qan dövranını yaxşılaşdırır, aterosklerozun qarşısını alır, qanı duruldur.

Təbii nar şirəsinin müntəzəm qəbulu ürək-damar sistemi xəstəliklərinin və prostat vəzi xərçənginin riskini xeyli azaldır.

2. Avokado əvəzsiz yağlı turşularla zəngindir. Bu turşular ürək-damar sistemi xəstəliklərinin riskini azaldır. Məhz bu turşuların orqanizmdə defisiti xolesterinin mübadiləsinin pozulmasına və aterosklerozun inkişafına səbəb olur.

Avokado kalium elementi ilə də zəngindir. Kalium ürəyin normal fəaliyyəti üçün olduqca vacibdir - orqanizmdən artıq maye çıxardır, ödemləri azaldır, ürəyin fəaliyyətini yaxşılaşdırır.


Avokado hipertoniyadan əziyyət çəkənlər üçün çox faydalıdır, arterial təzyiqinin normallaşmasına kömək edir.

Avokado normal qanyaratma və qan dövranı üçün vacib olan bir çox maddalərlə zəngindir: mis, dəmir, C, B2, B6, E vitaminləri.

Avokado orqanizmdə 'pis' xolesterinin səviyyəsini aşağı salır, 'yaxşı' xolesterinin səviyyəsini qaldırır.

Avokadonun tərkibində olan xüsusi fermentlər ürək əzələsini qoruyur.

Ürəyin sağlamlığı üçün avokadonu yalnız çiy şəkildə yemək lazımdır.

3. Qreyfrut sellüloz və qlikozidlərlə zəngindir.

Qlikozidlər ürəyin fəaliyyətini yaxşılaşdırır, aterosklerozun inkişafının qarşısını alır.

Qreyfrutun tərkibində olan P və C vitaminləri qan damarlarını möhkəmləndirir.

Qreyfrut arterial təzyiqi və qanda 'pis' xolesterinin səviyyəsini aşağı salır.

4. Alma dəmir, kalium kimi minerallar, sellüloz, pektinlərlə zəngindir. Alma ürək xəstəliklərinin riskini azaldır, qanda xolesterinin səviyyəsini aşağı salır, arterial təzyiqin tənzimlənməsinə kömək edir, ürək əzələsini möhkəmləndirir.

5. Kətan toxumları və kətan yağı Omeqa-3 yağlı turşularla zəngindir. Bu maddə qanda xolesterini azaldır və qan damarlarında trombların əmələ gəlməsinin qarşısını alır.

Kətan toxumunu salatlara, sıyıqlara, kəsmiyə əlavə etmək olar.

6. Yarmalar (yulaf yarması, qarabaşaq, darı yarması və s.) 'pis' xolesterinlə mübarizə aparır, ateroskleroz və ürəyin işemik xəstəliyinin riskini azaldır.

7. Lobya, mərci sellüloz və kalium mineralı ilə zəngindir.

Həmçinin bu məhsullar flavonoidlərlə zəngindir ki, bu maddələr arterial hipertenziyanın profilaktikası sayılır.

8. Balqabaq beta-karotin, C vitamini və kaliumlə zəngindir. Bu maddələr aterosklerozla mübarizə etməyə kömək edir, arterial təzyiqini aşağı salır.

9. Sübut olunub ki, sarımsağın müntəzəm qəbulu arterial təzyiqini aşağı salır.

10. Balıq Omeqa-3 yağlı turşularla zəngindir. Balığın müntəzəm qəbulu (həftədə 2-3 dəfə) arterial təzyiqinin aşağı salmasına kömək edir, pis xolesterini azaldır, qanı duruldur, miokard infarktın riskini azaldır.

Losos, forel, skumbriya, tunes, sardina kimi balıqlar xüsusilə xeyirlidir.

11. Brokkoli kələmi vitaminlər və minerallarla zəngindir. Kalium və maqnezium kimi minerallar ürək üçün xüsusilə vacibdir.

12. Göbələklərin tərkibində 'erqotianin' adında xüsusi maddə var ki, bu maddə orqanizmdə olan sərbəst radikallarla mübarizə aparır. Sərbəst radikallar orqanizmdə 'yaxşı' xolesterini 'pis' xolesterinə çevirir. Pis xolesterinin orqanizmdə yığılması isə aterosklerozun və ürək xəstəliklərinin inkişafına səbəb olur.

13. Qara (acı) şokolad (kakao - 70%-dən az olmayaraq) ürək-damar sistemini möhkəmləndirir, arterial təzyiqini və xolesterini aşağı salır.

14. Qoz və badam Omeqa-3 yağlı turşularla zəngindir.


R.t..Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.