Adı həsrət oldu yaşanan bütün uşaqlıq xatirələrimizin..

21 Temmuz 2015
1 571
0
Adı həsrət oldu yaşanan bütün uşaqlıq xatirələrimizin..
Adı həsrət oldu yaşanan bütün uşaqlıq xatirələrimizin..

Adı həsrət oldu yaşanan bütün uşaqlıq xatirələrimizin..
Adı həsrət oldu yaşanan bütün uşaqlıq xatirələrimizin..Hər şey geridə qaldı… Adı həsrət oldu yaşanan bütün uşaqlıq xatirələrimiz...
Palçıqdan evlər tikmək o qədər cazibədar gəlmir indi bizə ...
Halbuki dırnaqlarımızın aralarının qaralmasını əhəmiyyətli hesab etmədən ovuclardıq tozu torpağı...

Qarışqaların yuvalarına ərzaq aparma təlaşını gözlərimizi böyük açaraq izlərdik... Uşaq ürəyi! Kömək etmə həvəsiylə kiçik çörək parçaları doldurardıq quş yuvalarının içinə..
Kiçikdik bir zamanlar.. Uşaqdıq, safdıq, günahsızdıq...
Adı həsrət oldu yaşanan bütün uşaqlıq xatirələrimizin..
Nə qədər asan idi xoşbəxt olmamız... Sıxılmazdıq, böhrana düşməzdik... Xəstəliklərimiz belə kiçik idi, bizim kimi. Iki gün burnumuz axar, tezcə də yaxşılaşardıq...

Küsməmiz də, barışmamız da oyunlarımız qədər asan idi..

Qırılmazdı ürəklərimiz...

Küsdüyümüzdə əlimizlə iki barmağımızı üst üstə qoyar, küs işarəsini edər, çox deyil 2 dəqiqə sonra bu işarəni pozar, ya da küsdüyümüzü unudar davam edərdik oyunlarımıza............
Adı həsrət oldu yaşanan bütün uşaqlıq xatirələrimizin..
Sevgilimiz də yox idi o zamanlar, ürəyimizi qıran da...
Istəklərimiz də kiçik idi bizim kimi...

Alınmış bir oyuncaq gəlincik, bir kiçik avtomobil çatardı bizi xoşbəxt etməyə...
Sağlamlıq, saflıq, təmizlik, günahsızlıq...
Adı həsrət oldu indilərdə... Darıxmışam uşaqlığım üçün…Çoox darıxmışam...
Müəllif: Mələk


Adı həsrət oldu yaşanan bütün uşaqlıq xatirələrimizin..


R.t..ZemichkaAdı həsrət oldu yaşanan bütün uşaqlıq xatirələrimizin..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.