Yuxuma Gəlməyə Tələs Bu Gecə

23 Temmuz 2015
2 583
0
Yuxuma Gəlməyə Tələs Bu Gecə
Yuxuma Gəlməyə Tələs Bu Gecə

Yuxuma Gəlməyə Tələs Bu Gecə
Yuxuma gəlməyə tələs bu gecə
Yaman qəribsəyib ürəyim sənsiz,
Həstrətin ruhuma qəfəs bu gecə
Barı insaf elə səssiz-səmirsiz
Yuxuma gəlməyə tələs bu gecə.


Gör necə aydındır səmanın üzü,
Ulduzlar görüşə çağırır bizi
Çoxdandır görmürük bir birimizi
Yuxuma gəlməyə tələs bu gecə.

Tənhalıq sonuma çıxmamış tələs.
Buludlar donunu sıxmamış tələs.
Həsrətin evimi yıxmamış tələs
Yuxuma gəlməyə tələs bu gecə.

Sənsiz kabus olur gecələr mənə,
Dar gəlir şəhərlər,küçələr mənə.
Qorxuram intizar güc gələr mənə
Yuxuma gəlməyə tələs bu gecə.

Hardan biləydim ki yüküm ağırdı,
Külək sevincimi yelə sovurdu.
Yuxu xəyalıma gedən cığırdı,
Yuxuma gəlməyə tələs bu gecə.

Cəfanı çəkməkdən usanmayacam.
Seni hey sevəcəm,dayanmayacam.
Gəlməsən yuxumdan oyanmayacam
Yuxuma gəlməyə tələs bu gecə
Yuxuma Gəlməyə Tələs Bu Gecə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.