Lüzumsuzdur yaşamaq

24 Temmuz 2015
1 587
0
Lüzumsuzdur yaşamaq
Lüzumsuzdur yaşamaq


Tənha evin bir küncünə qısılıb.
Xatirələr qırıntısı səpərsən,
Hərdən onun ətri gələn yastığı,
Qucaqlayıb miskin-miskin öpərsən...
Kədər gəlib tez-tez səni yoxlayar,
Bir cüt öpüş dəfn olunar yanağda.
Xatirələr ürəyini oxlayar,
Neçə gülüş lal dayanar dodağda...
Lüzumsuzdur yaşamaqKülək əsər,küçələri dağıdar,
Külək əsər,dərdi-səri dağıtmaz.
Xəyal dönər gözlərinə qayıdar,
Ancaq özü birdə geri qayıtmaz...
Hər küçədə bir xatirə, min dilək.
Ögey baxar o küçələr,səkilər .
Ağ saçların payız vuran budaqtək,
Çiyinlərə yarpaq-yarpaq tökülər...




Tək çəkərsən bu sevginin yükünü,
Hər döngədə bir iz gəzər baxışlar.
Xatirələr dolandıqca səkini,
Ürəyinə bir qəriblik bağişlar...
Qəmgin gözdən töküldükcə gilələr,
Ümidlərin göz yaşında boğular.
Otağında tək qalanda gecələr,
Eşq əzabı min çalarda doğular...
Nakam eşqin bu dilbilməz həsrəti,
Dodağından gülüşünü aralar.Lüzumsuzdur yaşamaq
Qara bəxtin qara geymiş qisməti,
Neçə yerdən ürəyini yaralar....
Həsrət yükü nə dözülməz,nə böyük,
Ağır olar,çətin olar daşımaq.
Gömülərsən bu əzaba ömürlük,
İndən belə lüzumsuzdur yaşamaq..
.


R.t..Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.