Sormursan necədir...halımı Dünya...

11 Ağustos 2015
2 089
0
Sormursan necədir...halımı  Dünya...
Sormursan necədir...halımı  Dünya...

Gəldim, gəlişimlə boy atdım hər gün,
Ay ötdü, il oldu,,həftənlə Dünya.
Böyüdüm. keçdikcə həftələr bu gün,
Anladım, qocaltdın Anamı Dünya.
...
Mən kimə eyləyim, şikayət səndən,
Atamın başında yer yoxdu dəndən.
Qaranı eyləyib bəmbəyaz rəngdən,
Alırsan zamanla, canımı Dünya.

...
Qaytar ötən günü, qaytar geriyə,
Çatdır arzulara, çatdır diləyə.
Dillən bircə kərə, susursan niyə ?
Sormursan necədir...halımı Dünya...
...
Dözməyir sinəmdə,tab etmir ürək,
Nədir bu günahım. danış,din, bilək.
Yazımı qış etdin, əsdirdin külək,
Çox gördün bahartək, xanımı Dünya.

..
Günəşim hardadı,ayım hardadır,
Üsyan etmirəm ki,halım haldadır.
Zəhərdə şirindi, şəkər, bal dadır,
Gəzdikcə qoynunda cahanı Dünya.
...
Seymurun sözünü ciddiyə alma,
Çatdır ümidimə, bax sabahıma,
Şükr edib, əl açdım tək ALLAHıma,
Naxışdır,bər - bəzək, xalımı Dünya...


Müəllif : SEYMUR SÖNMƏZ
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.