Kafirlərin başına gələn fəlakətlər günahlarına kəffarə olurmu? Bizlər (müsəlmanlar) başımıza gələn hadisələri bəzən imtahan, bəzən günahlarımızın kəffarəsi olaraq izah edirik.

10 Ağustos 2015
917
0
Kafirlərin başına gələn fəlakətlər günahlarına kəffarə olurmu? Bizlər (müsəlmanlar) başımıza gələn hadisələri bəzən imtahan, bəzən günahlarımızın kəffarəsi olaraq izah edirik.
Kafirlərin başına gələn fəlakətlər günahlarına kəffarə olurmu? Bizlər (müsəlmanlar) başımıza gələn hadisələri bəzən imtahan, bəzən günahlarımızın kəffarəsi olaraq izah edirik.

Cənnətə girmənin birinci şərti iman etməkdir; imanın əsaslarını qəbul etməkdir.
Elm və icad sahibi insanlar dünyada ikən bu elmlərinin onsuz da qarşılığını alır. Bununla birlikdə cəhənnəmə getsə belə etdiyi yaxşılıqlar boşa getməyəcək; cəhənnəmdəki əzabının şiddəti yüngülləşəcəkdir.
Cəhənnəm əzabının hamısı eyni deyildir. Birinin əzabı digərinə görə min qat daha şiddətli ola bilər. Bu baxımdan bu dünyada başlarına müsibət gələn adam kafir olsa da, axirətdə cəhənnəm əzabının azalmasına səbəb olur.
Kömür kimi maddələr, bəzəməklə və ya yumaqla kömürlükdən xilas ola bilməz. Bu səbəblə yaradıcısına inanmayan bir insan başqalarına yaxşılıq etməklə Allaha iman etmə məsuliyyətindən xilas ola bilməz.
İslamdan xəbəri olmayan hər kəs mütləq cəhənnəmə gedəcək deyə bir şey də yoxdur. Bu səbəblə İslamdan xəbəri olmayanların məsul olmayacaqlarını da bilmənizi istəyirik (məs; Fətrət dövrü insanları).
Peyğəmbərimizin (s.ə.s.) göndərilməsindən sonra, dəvətini duymayanlarla əlaqədar olaraq İmam Qəzalinin insanları üç sinifdə incələdiyini görməkdəyik:
1. Peyğəmbərin (s.ə.s.) dəvətini eşitməmiş, özündən xəbərdar da olmamışdır. Bu sinifə girən insanlar qəti olaraq əhli-i nəcat olub Cənnətlikdir.
2. Peyğəmbərin (s.ə.s.) dəvətini, göstərdiyi möcüzələri və gözəl əxlaqını eşitmiş olmaqla birlikdə iman etməmişdir. Bu sinif qəti olaraq əzaba uğradılacaqdır.
3. Peyğəmbərin (s.ə.s.) adını eşitdikləri halda, əleyhinə edilən mənfi təbliğatlarda başqa bir şey eşitmədiklərindən, kimsə onlara doğrunu söyləyib onları təşviq etmədiyindən maraqlanmamaqdadırlar. Bunların da əhli-i nəcat olacaqlarını, yəni cənnətə girəcəklərini ümid edirəm.
Axır zamanda bir növ fətrət dövrünün yaşandığını ifadə edən Bədiüzzaman həzrətləri Umumi hərblərdə ölən bəzi belə məsumların da əhli-i nəcat olacaqlarına diqqəti çəkməkdədir. Bədiüzzamanın ifadəsi eynilə belədir:
"Axır zamanda madam fətrət dərəcəsində din və din-i Muhammədiyyəyə (ə.s.m) bir laqeydlik pərdəsi gəlmiş və madam axırzamanda Hz. İsanın həqiqi dini hökm edəcək və İslamiyyət ilə çiyin-çiyinə gələcək. Əlbəttə indi fətrət kimi qaranlıqda qalan Hz. İsa ' ya mənsub Xristianların çəkdikləri fəlakətlər, onlar haqqında bir növ şəhadətdir. "(Kastamonu Lahikası, s. 77)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.