İnsan qəlbi (ibrətamiz)

18 Ağustos 2015
1 907
0
İnsan qəlbi (ibrətamiz)
İnsan qəlbi (ibrətamiz)
İnsan qəlbi (ibrətamiz)
Bir gün xasiyyəti çox agır olan bir gəncin atası oğlunu yanına çağıraraq ona bir kisə mismar verir və tapşırır ki hər dəfə kiminsə xətrinə dəyib incitdikdə bu mismarlardan birini həyətin qapısına çalsın. Birinci gün oğlan 30-a qədər mismar içlədir. Get-gedə səbrli və təmkinli olmaga çalişan gənc vurdugu mismarların sayını gündən-günə azaldır. Təmkinini qorumagın mismar vurmaqdan daha asan olduğunu görən oğlan bir neçə həftədən sonra gün ərzində bir dənə də mismar vurmadığını görüb bunu atasına deyir. Ata bu dəfə oğluna hər dəfə yenə də təmkinini qorumagı bacardıgı zaman bu mismarlardan birini çıxarmagı tapşırır.
Bir neçə vaxtdan sonra qapida mismar qalmır. Ata oğlunu həmin taxta qapiya yaxınlaşdıraraq deyir: Oğlum, sən özünü çox yaxşı aparmısan. Lakin görürsən qapıda nə qədər deşik qalıb. Bu deşiklər bir daha heç nə ilə örtülməyəcək. Bax insan qəlbi də bu qapı kimidir. Hər bir dəyilmiş acı söz bu qəlbi yaralayır və sən bundan sonra nə qədər də üzr istəsən, konlünü alsan da bu insanın qəlbində də belə yaralar qalır. Odur ki hər bir sözu deməzdən, hər bir hərəkəti etməzdən öncə bunun kimisə yaralaya biləcəyindən ehtiyat et.
Mən sizə yaxınlarinızın, sevdiklərinizin və əlbətdə sizi sevənlərin qəlblərinə ehtiyatla yanaşmagı arzulayıram.Səhfsiz insan yoxdur. Özüm də bu yaxınlarda qəlbinə dəydiyim mənə çox yaxın olan insanlardan cox cox üzr istəyirəm. Kimsənin qəlbini qırmışamsada bilərəkdən olmuyub....
İnsan qəlbi (ibrətamiz)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.