Hicran bilmirəm bizdən nə istəyirdi

Sətirlər üstündə söz titrəyirdi
Fərqi yox yaşlaşıb yaşa dolsaqda
Sevgimiz cağlayıb dövr eyləyirdi
Nə oldu gözəmi gəldik yoxsa biz
Deyərdik yaşamaq cətindi sənsiz
Qalmışıq həsrətlə belə carəsiz
Hicran bilmirəm bizdən nə istəyirdi

Sevməkmi günahın cəkək cəzasın
Məhəbbət bağında bir ipnən asın
ALLAHım sevənlər ayrı qalmasın
Sevənlər əl acıb,belə deyərdi,
Könlümdə O,qədər deməyə söz var ,
Ölmüşəm qalmışam sormayır ki, yar,
Ağıl özlüyündən bir sual sorar
O,səni bu yaşda de neyləyirdi ...

Dəyişdi tam məni,o dinə dinə
İndi yadlar kimi baxıb biganə
Zövq alıb halımdan O,əylinirdi ...
Yaman cətin imiş ondan aralı
Gəzirəm bax belə qəlbi yaralı
Keşkə oda məni anaydı barı ..

Qəlbimdən kecəni bilə biləydi ...
Müəllif : SEYMUR SÖNMƏZ
R.t..Zemichka