Qısa və quru ifadələrlə deyil, ətraflı və gözəl şəkildə salam vermək müstəhəbdir.

21 Ağustos 2015
2 670
0
Qısa və quru ifadələrlə deyil, ətraflı və gözəl  şəkildə salam vermək müstəhəbdir.
Qısa və quru ifadələrlə deyil, ətraflı və gözəl  şəkildə salam vermək müstəhəbdir.
Qısa və quru ifadələrlə deyil, ətraflı və gözəl
şəkildə salam vermək müstəhəbdir. Rəvayətə görə,
bir nəfər Peyğəmbərə: “Əssəlamü əleykum”
şəklində salam verdi, Peyğəmbər öz yanındakılara
buyurdu: “On”. Başqa biri: “Əssəlamü əleykum və
rəhmətullah” deyə salam verdi, Peyğəmbər:
“Iyirmi” buyurdu. Daha biri də gəlib o həzrəti
belə salamladı: “Əssəlamü əleykum və rəhmətullahi
və bərakatuh”. Peyğəmbər bu dəfə: “Otuz”
söylədi. Bu rəqəmlər salam verən adamın
qazandığı savabın miqdarını göstərir. Salamı daha
gözəl şəkildə verən adamın savabı da çox olur
(Süyuti. Əd-Dürrül-mənsur, IV, 558-559).
Bununla belə, salam verəndə həddi aşmaq və
salamı çox uzatmaq da məsləhət görülmür. Imam
Əli (ə) bir nəfərə salam verdi, o adam salamın
cavabını bu şəkildə qaytardı: “Əleykəs-səlam və
rəhmətullahi və bərəkatuhu və məğfirətuhu və
rizvanuhu”. (Sənə də salam olsun, Allahın
mərhəməti, bərəkəti, məğfirəti və razılığı sənə
olsun).
Imam bu cavaba etiraz etdi: “Mənə
mələklərin Ibrahimə (ə) dedikləri salamdan artıq
şəkildə salam verməyin”. Quranın Hud surəsinin
68-73-cü ayələrində deyilir ki, mələklər Həzrət
Ibrahim Peyğəmbərə (ə) qonaq gələndə Ona salam
verdilər, peyğəmbər də “salam” deyə onlara cavab
verdi. Həzrət Ibrahim (ə) əvvəlcə qonaqların
mələk olduğunu başa düşmədi, hətta onlar üçün
yemək hazırlayıb gətirdi. Sonra mələklər qoca
Ibrahimə (ə) tezliklə oğul atası olacağını xəbər
verdilər. O həzrətin həyat yoldaşı, ömrünün ahıl
dövrünü yaşayan Sara bunu eşidəndə təəccüb
içində güldü. Mələklər dedilər: “Allahın əmrinə
təəccübmü edirsən? Ey ev əhli! Allahın bərəkəti və
mərhəməti üstünüzdə olsun”. Quranda mələklərin
sözü bu şəkildə verilib: “Rəhmətullahi və
bərəkatuhu əleykum” (Əl-Kafi, II, 646).

Qısa və quru ifadələrlə deyil, ətraflı və gözəl  şəkildə salam vermək müstəhəbdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.