Həyat belə imiş demə....

21 Ağustos 2015
1 919
0
Həyat belə imiş demə....
Həyat belə imiş demə....

Həyat belə imiş demə....

İlk baharın son günü,
qəmlə doluymuş,demə...
Sanki dünya boş qalıb,
sükut çöküb aləmə!...

Bir yaşıl ağac altda
dayanıbdı o,yalqız.
Həsrətiylə haraya
baxır o bəstəboy qız?..

Həyat belə imiş demə....

Gözlərini zilləyib,
uzağa baxır bu an...
Axtarsa da, çox heyif,
görünmür qonşu oğlan!

Baxır-baxır,ah çəkir,
elə bil ki,dardadır!
Soruş,o ağac bilir,
qonşu oğlan hardadır...

Həyat belə imiş demə....

Həyat belə olurmuş,
o,necə də pərişan...
Sevdiyindən,elə bil,
bu ağac qalıb nişan....

Sözünü geri aldın,
qaldın özün də yalqız...
O oğlanın yerini
qəlbində axtar,ay qız!...

Həyat belə imiş demə....
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.