Velosiped sürmək üçün 7 səbəb

25 Ağustos 2015
2 075
4
Velosiped sürmək üçün 7 səbəb
Velosiped sürmək üçün 7 səbəb


Velosiped sürmək insan orqanizmi üçün çox faydalıdır.

Velosiped sürmək üçün 7 səbəb1.Yağları əridir

Araşdırmalar göstərib ki, gündə maksimum 10 dəqiqə velosiped sürənlər, sürməyənlərə nisbətən daha arıq olurlar. Velosiped sürərkən bütün bədən əzələləri fəaliyyətə keçir. Beləliklə, orqanizmdəki artıq yağlar əriyir.

1 saat velosiped sürərək 500 kalori xərcləmək mümkündür. Halbuki qaçış da daxil olmaqla, digər idman növlərində saatda sadəcə 100-200 kalori xərcləyə bilərsiniz.

Velosiped sürmək üçün 7 səbəb2. Ombanı ideal formaya salır

Velosiped sürərək ayaqlarınızı və ombanızı da formaya sala bilərsiniz. Üstəlik, bu zaman qarın və qol əzələləriniz də güclənəcək.

Velosiped sürmək üçün 7 səbəb3. Ürəyin dostudur

Ürək xəstəliklərindən ölən insanlaırn sayı gün keçdikcə artır. Alimlər gündə, sadəcə, 10 dəqiqə velosiped sürərək daha sağlam bir ürəyə sahib olacağınızı bildirirlər.

Velosiped sürmək üçün 7 səbəb4. Depressiyaya düşməyə qoymur

Mütəxəssislər bildirirlər ki, velosiped sürmək insanın əhvalına da yaxşı təsir edir. Bu zaman orqanizmdə endorfin, dopamin, serotonin hormonları istehsal olunur ki, bunlar da özünüzü daha xoşbəxt və enerjili hiss etməyinizə gətirib çıxarır.

Velosiped sürmək üçün 7 səbəb5. Pul və zaman israfına son qoyur

Böyük şəhərlərdə vaxtımızın çoxu tıxaclarda keçir. Ancaq velosiped sayəsində tıxaclarda qalmadan istədiyimiz yerə vaxtında çata bilərik. Bu zaman benzinə və ya ictimai nəqliyyata ödəyəcəyimiz pul cibimizdə qalar.

Velosiped sürmək üçün 7 səbəb6. Daha rahat yuxunu təmin edir

Yuxuya getməkdə və ya səhərlər oyanmaqda çətinlik çəkirsinizsə, velosiped sürərək bu problemləri aradan qaldırın. Stanford Universitetinin tədqiqatçılarının apardıqları araşdırmalar gündə 30 dəqiqə velosiped sürənlərin yuxu rejiminin qaydaya düşdüyünü açıqlayıblar.

Velosiped sürmək üçün 7 səbəb7. Qəbizliyi aradan qaldırır

Qəbizliyin qarşısını alan müxtəlif vasitələr var. Ancaq bunlardan ən asanı və ən faydalısı velosiped sürməkdir. Çünki velosiped sürərkən bağırsaqların fəaliyyəti artır.

Həzm sisteminin işi asanlaşır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. royus
    • royus
    • 26 Ağustos 2015 11:26
    cox gozel ve maraqli xeberdir amma men indiye kimi bir defe bele olsun velosiped surmemisem
  2. sevgilisinin meleyi
    velosipedin faydali oldugunu azda olsa bilirdim men en azi gunde 2 km velosipet sururem
  3. Bella
    • Bella
    • 25 Ağustos 2015 17:25
    Velosipedin insan üçün faydalı olduğunun az bir bir qismini bilirdim Bu haqda ətraflı məlumatı xəbər sayəsində öyrəndim. Sağ olun))
  4. SEHRI
    • SEHRI
    • 25 Ağustos 2015 15:41
    Məlumat üçün təşəkkürlər.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.