"Əcəl gəldiyi zaman göz görməz olar."

26 Ağustos 2015
1 574
5
"Əcəl gəldiyi zaman göz görməz olar."
"Əcəl gəldiyi zaman göz görməz olar."


Allah (c. c.) Süleyman Əleyhissalama dünya səltənəti vermişdi. Bütün dünyaya hökm edirdi. Bu vaxt bütün heyvanlar, -böcəklər, quşlar- hətta külək də əmrində idi.
Bir gün səltənət çadırını qurmuşdu. Bütün quşlar gəlmişlər, hünərlərini söyləyirdilər. Sıra Şanapipik quşuna gəlmişdi.
O da:
- Ey Allahın Rəsulu, mənim hünərim də budur. Yuxarıdan baxdığım zaman torpaqaltındakı suyu görərəm. Suyun nə qədər dərinlikdə olduğunu, rəngini, torpaq və ya qaya arasından çıxdığını anlarım, dedi.
Və əlavə etdi:

- Bir səfərə çıxarkən məni bərabərində aparsan, mənim bu mövzuda sənə faydam olar, dedi.
Süleyman Əleyhissalam da onun bu təklifini qəbul etdi .
Bu sözləri eşidən qarğa etiraz edərək dedi ki:
- Bu yalan danışır. Əgər o qədər hünəri varsa yerdəki tələni görsün. Bu, yerdəki tələni görmür, torpaqaltındakı suyu gördüyünü söyləyir.
Süleyman Əleyhissalam Şanapipiyə dönərək:
- Buna nə deyirsən? dedi.
Şanapipik cavab olaraq dedi ki:
- Ey hökmdarımız və ey Allahın Peyğəmbəri! Mən yalan danışmıram. Qarğanın söylədiklərinə inanmayın. Suyu görüb anladığım doğrudur. Yerüstündəki tələləri görə bilməyişimə gəlincə, o başqa. Əgər qəza və qədərimdə tələyə tutulmaq varsa o şübhəsiz olar. Yerüstündəki tələni də görərəm amma, qədərimdə olanı görə bilməm. O zaman gözüm görməz olar.
Şanapipiyin dediyi doğru idi. Necə ki belə deyilmişdir:

"Əcəl gəldiyi zaman göz görməz olar."
"Əcəl gəldiyi zaman göz görməz olar."
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    ellerinize sagliq ALLAH Razi olsun
  2. ...MuRaD...
    Cox sag ol, maraqli ve menali idi... Ellerine sagliq... Hemise Senden bele maraqli meqaleler gozleyirik! ;)
  3. Nastinko
    Əllərinizə sağlıq Allah razı olsun
  4. Eylül
    • Eylül
    • 26 Ağustos 2015 11:59
    Sitat: Lami95
    maragli idi ellerine sagliq )

    Çox saq olun bəyənmənizə sevindim)
  5. Lami95
    • Lami95
    • 26 Ağustos 2015 11:52
    maragli idi ellerine sagliq )
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.