Melanxolik insanlar

31 Ağustos 2015
4 591
8
Melanxolik insanlar
Melanxolik insanlar
Melanxolik insanlar
Melanxolik – ən çətin ünsiyyət yaradılan insan tipidir. Bu cür insanlarla qarşılıqlı münasibət yaratmaq olduqca çətindir.

Bu tip insanlar ünsiyyətdə qaçır və ünsiyyəi sevmirlər, daha çox tək qalmağa üstünlük verirlər. Onlar incidikləri şeyləri tez-tez yada salar, özlərinə yazığı gələr, hər şeydən küskün olar, onlara hər bir şeyin haqsız olaraq edildiyini zənn edər və həmişə də həyatın maraqsız və darıxdırıcı olduğundan şikayətlənərlər.

Melanxoliklər hər hansı bir uğura qətiyyən inanmırlar. Onlar məğlubiyyətə, uğursuzluğa əvvəlcədən hazır olurlar. Onların həyatdan razı, sevincli olduqlarını görmək çox çətindir. Melanxoliklər daim çəmiyyətdən qaçar, çəmiyyətdən uzaq olmağa çalışırlar. Bu cür psixotiplər qeyri-kamil psixikaya malikdirlər. Belələri pessimist, özlərinin hər hansı bir xırda problemini və incikliyi həddən artıq böyüdüb şişirdən olurlar.

Melanxoliklər zahirən çox sakit görünürlər. Amma çoxları bilmir ki, onların daxilində necə böyük təlatümlü bir emosiya var. Melanxoliklərin daxilində olan təlatümlü emosiyalar çox nadir hallara üzə çıxır. Onlar emosiyalarını daim içlərində gizlədir və analiz edirlər.

Melanxoliklərin emosiyalarını daxillərində gizlətmələri fiziki xəstəliklərə də gətirib çıxara bilir. Belə ki, emosiyaların daxildə gizlədilməsi qaraciyər və mədədə funksional pozuntu, hipertonik və kardioloji xəstəliklər yaradır.

Melanxoliklər depresiyaya meyillidirlər, ez əsirlənirlər. Ən adi bir şeydən kefləri pozulur, özlərini aşağı qiymətləndirirlər. Melanxolik dörd əsas insan temperamentindən biridir. Hər hansı yeni bir iş onların çiynində ağır bir yük olur. Melanxoliklər seçim etməkdə, qərar qəbul etməkdə çətinlik çəkirlər.

Aristotel hesab edirdi ki, “hər bir dahi ehtirasına görə - melanxolikdir”. Melanxoliklərin bir yaxşı cəhəti vardır, intuisiyaları yüksək olur.

Melanxoliklərin bir çox mənfi xüsusiyyətlərinə baxmayaraq, bir çox məşhurlar bu mənfiliklərə qalib gələ bilmişlər. Məsələn: R.Dekart, Ç. Darvin, P.İ. Çaykovski, F. Şopen, N.B. Qoqol və s. görkəmli şəxslər bu tip insanlardan olmuş və öz daxillərindəki melanxoliyaya qalib gəlmişlər.


Melanxolik insanlar
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Lami95
    tewekkurler melumata gore
  2. SEYTANAM
    xeber ucun tesekkurler mende arada olur ele
  3. ::.ProsTo DeLiw.::
    Daha oncede oxumuşdum men bun barede))yenede oxudum
  4. Jessica
    Mende hardasa var bu hissler ancaq bu heyata başqa hislerde yaraşmır insan bezi şeylere baxır və bu yön o isanlardan qat qat daha yaxşıdı çox demezdim amma bezlerimizde bu hislerin yarsı onsuzda var derin düşümek onsuzda yaxşı qarşılamır bu heyata.. bir meselde vare ağılı olub dünyanın derdin çekeceyine deli ol dünya senin derdin çeksin bu heyata çox ağılı və düşceli her şeyi nezere alan olsa demeli sen normal deyilsen bedbin fikirli biri kimi görür cemiyet seni
  5. Səma
    • Səma
    • 31 Ağustos 2015 20:27
    ~ oxumuşdum mən biraz melankolik biriyem çox yox :)
    ~ məlumat üçün sağol
  6. Nastinko
    Mən şükür belə deyiləm amma, belə insanlar tanıyıram dəhşət marağsız insandılar, ümummiyətlə onların həyatına həyat deməy olmur -_-
  7. Eylül
    • Eylül
    • 31 Ağustos 2015 16:32
    Bu haqqda məlumatım yox idi.Maraqlı xəbərdi.Çox sağol. 12
  8. SEHRI
    • SEHRI
    • 31 Ağustos 2015 15:31
    Maraqlı xəbərdi.4 insan tipi var hamısı haqqında xəbər etsəniz sevinərəm. Əməyin üçün sağol.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.