İbrətamiz hekayə

02 Eylül 2015
2 279
7
İbrətamiz hekayə
İbrətamiz hekayə
«Körpəmi görə bilərəmmi» dedi yeni ana.
Körpə ananin qucağina verildi,anna körpəsinin kiçik üzünə heyranliqla baxirdi və birdən təəccübdən sanki nitqi tutuldu! Ananın və körpəsini seyr edən həkim sürətlə arxasını dondu və şüşədən baxmağa başladı. Körpənin qulaqları yox idi…
Müayinələrdə, körpənin eşitmə bacarığının təsirlənmədiyi, yalnız görünüşü pozan bir qulaq məhrumluğu olduğu aydın oldu.
Aradan illər keçdi, uşaq böyüdü və məktəbə başladı. Bir gün məktəb dönüşü evə qaçaraq gəldi və özünü anasının qollarına atdı.
Hıçqırırdı… Bu onun yaşadığı ilk böyük xəyal qırıqlığı idi; ağlayaraq
— «Böyük bir uşaq mənə əcaib dedi...»

Kiçik uşaq bu qədərsizliyiylə böyüdü. Yoldaşları tərəfindən sevilirdi və olduqca da müvəffəqiyyətli bir şagird idi. Sinif başçısı belə ola bilərdi; əgər insanların arasına qarışmış olsaydı. Anası, hər vaxt ona
— «Gənc insanların arasına qarış »
deyirdi, ancaq eyni zamanda ürəyində dərin bir ağrıma və şəfqət hiss edirdi.
Cavanın atası, ailə həkimi ilə oğulunun problemi ilə əlaqədar görüşdü;
— «Heç bir şey edilə bilməzmi?» deyə soruşdu.
Həkim;
— "Əgər bir cüt qulaq tapıla bilsə, orqan nəqli edilə bilər" dedi.
Beləcə gənc bir adam üçün qulaqlarını fəda edəcək biri axtarılmağa başlandı. İki il keçdi bir gün atası — «Xəstəxanaya gedirsən oğulum, anan və mən, sənə qulaqlarını verəcək birini tapdıq ancaq unutma bu bir sirr» dedi.


Əməliyyat çox müvəffəqiyyətli keçdi və sanki yeni bir insan yaradıldı. Yeni görünüşüylə psixologiyası da düzələn gənc, məktəbdə və ictimai həyatında böyük müvəffəqiyyətlər əldə etdi. Daha sonra evləndi və diplomat oldu. İllər keçdi, bir gün atasından soruşdu:
— «Bilmək məcburiyyətindəyəm, mənə bu qədər yaxşılıq edən adam kim? Mən o insan üçün heç bir şey edə bilmədim...»
— «Bir şey edə biləcəyini sanmıram» dedi atası.
— «Lakin razılaşma qəti, bu anda öyrənə bilməzsən, hələ vaxtı deyil...»
Bu dərin sirr illər boyunca gizləndi. Ancaq bu sirrin bir gün ortaya çıxma zamanı gəldi… Həyatının ən qaranlıq günlərindən birində, anasının cənazəsi başında atasıyla birlikdə gözləyirdi. Atası yavaşca anasının başına əlini uzatdı; Şabalıdı saçlarını əliylə geriyə doğru itələdi; anasının qulaqları yox idi.
— «Anan heç bir zaman saçını kəsdirmək məcburiyyətində qalmadığı üçün çox xoşbəxt oldu» deyə pıçıldadı atası.
— "..və heç kim, ananın daha az gözəl olduğunu düşünmədi deyilmi?"
Gerçək gözəllik fiziki görünüşə bağlı deyil, ancaq ürəkdədir!

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Lami95
    ay cook gozel idi tewekkurler :(
  2. Eylül
    Sitat: Nastinko
    Ay amann nə pis oldum 14 Allah bütün analarımızı qorusun inşəallah

    Amin)
    .ProsTo DeLiw. -->
    Sitat: .ProsTo DeLiw.
    Tesirli hekayedi..Oxudum axıra qədər...

    Təşəkkürlər)
  3. ::.ProsTo DeLiw.::
    Tesirli hekayedi..Oxudum axıra qədər...
  4. Nastinko
    Ay amann nə pis oldum 14 Allah bütün analarımızı qorusun inşəallah
  5. Eylül
    Sitat: deli balam
    canm menm tesirli xeber idi anadida bizm ucun caninda kecen opurem analari icide sennki qarwq sad

    Çoox saq ol canım)
    Sitat: SEHRI
    hayda çox təsirli hekayədi ağladımeee. əməyin üçün sağol.

    Çox sağolun)
  6. SEHRI
    • SEHRI
    • 2 Eylül 2015 11:07
    hayda çox təsirli hekayədi ağladımeee. əməyin üçün sağol.
  7. deli balam
    canm menm tesirli xeber idi anadida bizm ucun caninda kecen opurem analari icide sennki qarwq sad
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.