Həyat məni sevmədi

15 Eylül 2014
2 791
0
Həyat məni sevmədi
Həyat məni sevmədi


Susuram bu günlərdə… Susduqca susuram. Danışmasın istəyirəm ürəyim… Qışqırmasın hiss etdiklərini… Tökməsin içindəkiləri… İçin-için ağlayır amma səsi çıxmır ürəyimin… ağrılarının dənizində boğulur səssizcə…

hələ öyrədə bilmədim gözyaşlarıma axmamağı… Söz dinləmirlər heç cür. Mən dayandırmağa çalışdıqca onlar inadına süzülürlər yanaqlarımdan… Halbuki asan asan axmazdı mənim gözyaşlarım… İndi isə sel olub axırlar. Üsyan edirlər sanki ürək ağrıma… Onu susdurdun amma məni susdurmağı hələ öyrənə bilmədin deyər kimi heç dayanmamayaraq axırlar.

Kiçiyəm hələ…
Böyüdə bilmədi məni keçən zaman.
Yaşadığım ağrılar böyüdə bilmədi məni…
Hələ də körpə uşaq kimi qayğıya ehtiyacım var...

Oyuncağı əlindən alınmış kiçik bir qız uşağıyam sanki…
Qumdan qalaları qopmuş, özü isə yıxılmış,
Dizləri paramparça olmuş bir qız uşağı…

İndilərdə bir "vida" səhnəsinin baş rolunda oynayıram parçalanmış dizlərim, kiçicik əllərimlə…

Ürəyimin yolçusuna əl yelləyirəm.
Damarımdakı qanı axıdıram.
Ağrıma dərman ola bilmirəm.
Bilə-bilə yaramı qaşıyıram, daha çox qanadıram.

Nə əlimdən alınmış oyuncağım, nə parçalanmış dizlərim nə də ovuclarımdan itkin gedən illərim əzablı deyil yolçumun ağrısının yanında…
Tuta bilmədiyim biri var hələ
Adının hər keçdiyi yerdə ürəyimin tellərinə toxunan, içimi ağrıdan , məni yaşayan bir ölüdən fərqsiz edən biri…

Mən onu sevdim, o nifrət etməyi…
Mən onu darıxmağı sevdim, o uzaq diyarlara getməyi…
Mən onu seçməyi sevdim, o bizi darmadağın edəni…

Artıq bitməli, sona çatmalı bu "vida" səhnəsi… Pərdə bağlanmalı. Tamaşaçılar həmişə gözlədikləri bu qəmli sonu alqışlamalı… Sən yaş olub axarkən gözümdən, onlar hüzn buludlarını gətirməli…

Təəssüf edirəm…!
Həyat məni sevmədi …!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.