Musiqi mualice edir

06 Eylül 2015
2 292
2
Musiqi mualice edir
Musiqi mualice edir
Qrip olarkən çoxları parasetamol və ya limonla bal qarışığından hazırlanmış məhlulu qəbul edir.


Yeni aparılmış tədqiqatın nəticələrinə görə, əfsanəvi “Queen” qrupunun “Bohemian Rhapdosy” mahnısına qulaq asan hər kəsin əhvalı və səhhəti yaxşılığa doğru dəyişir.


Yeni sorğu əsasında məlum olub ki, xəstəlik və depressiya zamanı keyfiyyətli musiqiyə qulaq asan insanların 90 faizində əhval yüksəlir. İnsanların 80 faizi isə bildirib ki, onlar xəstə və əzgin vaxtlarında musiqi dinləyərkən vəziyyətləri düzəlir.


Maraqlısı odur ki, sorğuya görə, xəstə olan insanların əksəriyyəti “Queen” Britaniya rok qrupuna məxsus “Bohemian Rhapsody” ifasına üstünlük verib.


Altı dəqiqəlik mahnı 1975-ci ildə qrupun solisti Freddi Merkuri tərəfindən yazılıb.


Xəstə insanların əhvalını qaldıran ikinci musiqi isə İsveçin “ABBA” qrupuna məxsus “Dancing Queen” mahnısı olub. Üçüncü yerdə isə Farell Uilyamsın “Happy” mahnısı gəlir.


İnsanların 70 faizi xəstəlik zamanı mahnıya qulaq asmaq istəyir. 36 faizi isə sağalmaq üçün musiqidən çox, səsə qulaq asmağa üstünlük verir.


Sorğuda 1000 nəfər insan iştirak edib. Sorğu BBC radio stansiyasının illik layihəsi çərçivəsində baş tutub.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    musiqi gozeldi amma baxir ne musiqi
  2. _Sirin_
    Xebere gore tssk maraqli idi menim gunum onsuzda butun gunu Mahnilarla kecir laughing
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.