Selfimaniya - psixiki pozulma

06 Eylül 2015
1 489
4
Selfimaniya - psixiki pozulma
Selfimaniya - psixiki pozulma

Müasir cavanlar müxtəlif yerlərdə və vəziyyətlərdə öz şəkillərini çəkməyi və sosial şəbəkələrdə paylaşmağı xoşlayır.
Bu yeni hobbinin adı "selfi"dir (ingilis dilində "self" - özü, özüm). Təbii ki, insan arabir selfi çəkəndə (məsələn, səyahət zamanı, təzə yerlərə gedəndə, məclislərdə, şənliklərdə və s. ) bu normaldır.
Lakin insanlar var ki, bunu həddən artıq tez-tez edir və bu da onlarda asılılıq yaradır - insan yeni və yeni şəkilləri çəkmək və internetdə paylaşmaq istəyir, bəyənmə "like" yığmaq istəyir və artıq dayana bilmir.
Maraqlı, qeyri-adi şəkillər çəkmək üçün bəzi insanlar özlərini təhlükə altına salır - hündürmərtəbəli binaların damlarının qıraqlarında, körpülərdə, hətta hərəkət edən qatarların damlarında selfi çəkir. Xaricdə selfi-dən asılılıq dəfələrlə ölümlərə və intiharlara səbəb olub.

Bütün sadaladığımız artıq zərərsiz hobbi deyil, bu psixiki pozulmanın yeni növü "selfimaniya"dır. Amerika psixiatrlar assosiasiyası "selfimaniya"nı psixiki pozulma kimi təsdiq edib. Psixiatrların müşahidələrinə görə, bu pozulma insanda mərhələli şəkildə inkişaf edir.
İlkin mərhələdə (epizodik) insan hər gün 1-3 selfi çəkir və bu zaman onları sosial şəbəkələrdə paylaşmır.
İkinci mərhələdə (kəskin) insan hər gün 3 selfidən az olmayaraq çəkir və onları aktiv şəkildə sosial şəbəkələrdə paylaşır.
Üçüncü mərhələdə (xroniki) insan gündə 6 dəfədən az olmayaraq selfi çəkir və bütün selfiləri internetdə yerləşdirir.
2-ci və 3-cü mərhələdə artıq mütəxəssisin köməyinə ehtiyac yaranır. Özündə belə asılılığı müşahidə edən insan mütləq psixoloqa (psixoterapevtə) müraciət etməlidir. Əks halda bu çox pis fəsadlara səbəb ola bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    belkede azerbaycanda ilk defe men selfi etmisem. men edende hec selgi modda deyildi 2009da
  2. _Sirin_
    Yenede tsskkur xebere gore( Heyatdi bu yawamaq a deyer amma baxr nece yawamaqa)
  3. Eylül
    Sitat: SEHRI
    insanın özündə pisixi pozulma olmasa onu heç nə pozmaz oz pisixi problemləri olana selfie nə etsin axı.Xəbər üçün təşəkkürlər. Boş sözdü məncə

    Təşəkkürlər
  4. SEHRI
    • SEHRI
    • 6 Eylül 2015 21:59
    insanın özündə pisixi pozulma olmasa onu heç nə pozmaz oz pisixi problemləri olana selfie nə etsin axı.Xəbər üçün təşəkkürlər. Boş sözdü məncə
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.