İnanclar

11 Eylül 2015
3 275
8
İnanclar
1) Həpçii... Ya haqq allah...Sağlam ol...Birin də gətir, mənə tək səbir düşmür...Asqırmaq da sağ olsun, biz deyən kimi də durub gəlir axi...


2) Sağ olun, görüşərik...Dayanın, gedim su gətirim, arxanızca atım...(Yerə dəyən suyun tozla qarışıb palçıq halında camaatın üstünü batırmaqdan başqa faydası yoxdu)


3) Az, sən keç o yanda otur, küncdə qalma, evdə qalarsan...( 40 ildi evdə qalıb, həyatında bir dəfə küncdə oturmaqla günahı stolun üstünə atırlar...)


4) Bu üzümə də şapalaq vur, yoxsa evdə qalaram.( Belə çıxır ki, kim evdə qalıbsa ona şapalaq dəyməyib?)


5) Nəsə yeyirsən, boğazında qalır...( Kürəyinə yumruğun vurulması məntiqlidi, yediyinin həzm olunmasına kömək edir, bəs "hamısı sənin, hamısı sənin” deməyin nə mənası var?)


6) Dünyaya uşaq gəlib, 40-ı çıxmamış o evə getmək olmaz.Əgər gedirsənsə uşağı otaqdan çıxarırlar,qonaq girir içəri, sonra uşağı gətirirlər.Mənası belə izah olunur ki, qırxlı uşağın üstünə gedirsənsə, öz ağırlığını onun üstünə tökürsən.( Belə çıxır ki, hal-hazırda həyatımdakı bədbinliyimin səbəkarı qırxım çıxmamış, 40 günümü gözləməyə səbri çatmayan, məni görməyə gələn bədheybət adamlar olub? O vaxt kimin krediti olub məni görməyə gəlib...??? Nə olardı ki, həmin vaxt 1-2 oliqarx gələrdi...)


7) Yer süpürəndə süpürgə ayağa dəyirsə üç dəfə tüpürməlisən...( Yazıq süpürgə sənin evinin zibillərini təmizləsin, sən də çox sağol kimi üzünə tüpür, nə var, nə var ayağına dəyib.Adam var ki, 10 saniyədən bir süpürgə ayağına dəyir, hər dəfə də tüpürür, toz təmizlədikdən sonra ev silməyə ehtiyac qalmır)


8) Axşam-axşam üz qırxmaq olmaz, dırnaq tutmaq olmaz...Ruzi-bərəkətin qaçar...Adama deyərlər olmayan bir şey necə qaçsın?!


9) Qabağından qara pişik keçirsə həmin günün uğursuz olar, ona görə çalışırsan ki, pişiyi qabaqlayıb onu əks tərəfə yönləndirəsən...Görəsən bəs ağ pişiyin qarşısından bu həyatda əlindən pislikdən başqa heçnə gəlməyən qara fikirli insanlar keçəndə həmin gün yazıq heyvanın başına nələr gəlir???


10) Kiməsə dərman, bıçaq vermək istəyirsənsə onu yerə qoy, həmin adam özü götürsün...Sən versən yaxşı şeylər olmayacaq, özün xəstələnə bilərsən, bıçaq isə dava-dalaşa işarədir...


11) Məhərrəmlikdə qola qara bağlamaq...Niyyət edirsən, arzu tutrsan, qara lent qırılıb düşürsə deməli istəklərin real olacaq...Uşaq olanda qanmırdım, nə arzular tuturdum, gəl görsəsən, qara qopub düşsə də istəklərim həyata keçmirdi, sonra anladım ki, çimirsən, hərəkət edirsən, lent sürtülmə nəticəsində qırılıb düşür...Əgər sən nəyəsə cəhd etmirsənsə, qoluna nazik yox e, qalın tros bağlasan da xeyri yoxdu...Başqa bir inanc, ziyarət etdiyin pirdə sən 10 manat verirsən, ordakı seyid baba sənə 1 manat verir, sən də onu cibinə və ya pul qabına qoyursan ki, pulun üstünə pul gəlsin...İşləmə, otur evdə, gözlə ki, 1 manatın 100 olacaq...Ondansa seyid babaya verdiyin o 10 manatı at topazda 2 kafsentlik oyuna, daha məntiqli olsun...


12) "Bu işim alınsa nəzir demişəm...” Biraz keçməmiş qapı döyülür, dilənçi it iy bilən kimi düz sənin qapına gəlir, pulu ona verirsən...Zənn edirsən ki, vəssalam, tutuzdurdum...


13) 13-ü elə bilərəkdən 13-cü yazdım...Nəs rəqəmdi, çox uğursuzdur...Mən razıyam, qoy uğursuzluq olsun, amma mənə kimsə 13000 manat versin!


14) Göz muncuğu, üzərlik, duz hərləmək, at nalı və s...Hər evdə var, mənası göz qaytarmaqdır, bəzi dindarların dediyinə görə əslində göz muncuğu şeytanın gözüdür, harda asılıbsa ora cin (kontur cini demirəm) yığılır...Üzərlik yandırırsan, həmin ərəfədə elə sözlər, elə qarğışlar deyirsən ki, biraz əvvəl evinə gələn qonağın gözünün çıxması qaçılmazdır...(Ancaq üzərliyin yanaraq yaratdığı tüstünün insan orqanizminə, xüsusi ilə qan təzyiqinə və baş ağrısına kömək etməsi sübüt olunub) Kiminsə başına duz hərləyirsən, göz qaytarırsan...Əslində yaxşı şeydi, göz dəysə belə, başına duz səpilən adam həmin gün şitdiy eləmir...Sancaq bağlamaq, uşaq vaxtı evdən maykamıza bağlayardılar, idman dərsində oğlanlar otağında baxırdın ki, hamı da var, qıraqdan görənlər deyərdi ki, bunlar " Müasir təhsil kompleksində” oxuyur, atalarının dəhşət pulu var...Əksinə o qədər olub ki, o sancaqlar bədənimizə batıb...Hələ boğazımızdan asdığımız dini yazıları demirəm...Oğlanlar var e, Antalyada boğazındakı "Ayətül-kürsinin” köməyi ilə lüt halda baseyndə rus qızları tutur...Axırıncı yazacağım hamının başına gəlib...Nəsə edirsən, hansı ki, ətrafın buna qibtə edir, yanındakı əziz insan deyir filan yerini qaşı, sən də utanırsan...Hətta elə adam olur ki, nə avtobus bilir, nə metro bilir, camaatın içində utanmadan öz əli ilə o filan yerini elə qaşıyır ki, altdan dərin soyulur...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    men yalniz ALLAHA inaniram
  2. crazy_reniw
    cooox maaqlidii mirtidiyeee saq ol cannn
  3. Eylül
    Sitat: Lami95
    bezilerini oxumusdum qewey xeber olub tewkkurler can )

    Tesekkurler urey)

    Sitat: allah bendesi
    cox gozel xeberdir men hec vaxt inanmamiwam inananlarada irad tutmuwamki onlara inandiginizin yarisi qeder ALLAHA inansaz her wey yolunda geder.qaldi gozmuncugu weytan gozudur deyenler dinde hele bir weyin adi bele cekilmir savadsiz insanlardirlarda ellereinize sagliq xeber ucun tewekkurler

    Düzdü fikirlerinizle tam raziyam)
  4. allah bendesi
    cox gozel xeberdir men hec vaxt inanmamiwam inananlarada irad tutmuwamki onlara inandiginizin yarisi qeder ALLAHA inansaz her wey yolunda geder.qaldi gozmuncugu weytan gozudur deyenler dinde hele bir weyin adi bele cekilmir savadsiz insanlardirlarda ellereinize sagliq xeber ucun tewekkurler
  5. Lami95
    bezilerini oxumusdum qewey xeber olub tewkkurler can )
  6. Eylül
    Sitat: sevgi^_^
    Sonacan oxudum ve cox xowuma geldi dehwet maraqli idi hemde razilawiram sennen her kelmen duzdu yaniii hele men ozumde o supurge piwiy neme varda bir iki mesel inancdida ne yapax :D :D twkleer xeber ucun

    Tesekkürler:D

    Sitat: ♔Fidanka♔
    -Yarıya qədər oxudum maraqlı idi çox sağ ol həqiqi inanclardı)

    Tesekkürler)
  7. ♔Fidanka♔
    -Yarıya qədər oxudum maraqlı idi çox sağ ol həqiqi inanclardı)
  8. sevgi^_^
    Sonacan oxudum ve cox xowuma geldi dehwet maraqli idi hemde razilawiram sennen her kelmen duzdu yaniii hele men ozumde o supurge piwiy neme varda bir iki mesel inancdida ne yapax :D :D twkleer xeber ucun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.