Uşaq olmaq istəyirəm...

16 Eylül 2014
2 543
0
Uşaq olmaq istəyirəm...
Uşaq olmaq istəyirəm...


Kaş ki həmişə uşaq qalsaydım...
Dinlədiyim hər nağılın ardından həyatın şirin olduğuna inansaydım və
inansaydım həqiqətən göydən düşən almalara, inansaydım kraliçalara, ifritələrə,
öpüldüyü zaman şahzadə olan qurbağalara...

Kaş ki gerçəklərlə heç tanış olmasaydım.
Məntiq deyilən o əsəbi çöhrəylə heç qarşılaşmasaydım.
Böyük dəcəlliklər edib kiçik cəzalar alsaydım...

Üzümdə heç azalmayan böyük gülücüklər olsaydı,
məni təqlid etsəydilər və hər kəs mənimlə
birlikdə uşaq olsaydı.
Ayaqqabı nömrəm iyirmi beşi keçməsəydi...
Əllərim minicik, ayaqlarım kiçik,
lakin xəyallarım böyük olsaydı və heç yıxılmasaydı.
Ölüm nədir bilməsəydim,
Hirs nədir görməsəydim,
yalan nədir eşitməsəydim,
ürəyim heç qırılmasaydı və ya bunları heç anlamasaydım.

Uşaq olmaq istəyirəm...

Kaş ki uşaq qalsaydım
Ovucuma dənizi doldura bilsəydim,
quşlar kimi azadca uça bilsəydim,
xəyallarla yaşasaydım, nağıllarda gəzsəydim,
Kaş ki istədiyim zaman oyuncaqlarımla oynaya bilsəydim,
istədiyim zaman istədiyim sənəti seçə bilərdim.
Kaş ki bir gün mən həkim ola biləydim, bir gün hüquqşunas...
Baş barmağımı digərinə dəydirib birdən-birə təkrar uşaq olsaydım...

Kaş ki başımı yastığa hər qoyduğumda anam hansı nagılı oxuyum sənə sualını verəndə seçim edə bilsəydim yuxusuz gecələrdə tökülən gözyaşlarıma.. Və dinləyə bilməsəmdə yatıb qalardım...


VƏ KAŞ Kİ HƏMİŞƏ UŞAQ QALSAYDIM QANAYAN ÜRƏYİM DEYİL DƏ DİZLƏRİM OLSAYDI...


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.