Pəncərələr

14 Eylül 2015
1 326
9
Pəncərələr
Pəncərələr
Pəncərələr
Yenə səs saldı küləkdən acılan pəncərələr,
Bu küləklər şəhərindən asılan pəncərələr..
***

Oğul itkin, ana tənha bu onun taleyidir,
Bir təsəlli ona öz övladının köynəyidir.
Gözü yollarda qalan bir ananın eynəyidir,
Şüşəsindən çölə həsrət dağılan pəncərələr..
***
Gözü yollarda qalan var uzun illər boyu tək,
Nə gələn var, nə gedən var, boş ümiddir bu demək.
Açilib bağlanır hey xatirə dəftərləri tək,
Neçə illərdi ümidlə baxılan pəncərələr..
***
Elə bir qəlbi evim var ki, baxıb gəl marağa,
Pərdələr qəm libasından biçilib künc-bucağa.
Sanki daşlaşmış ürəklərlə tikilmiş otağa,
Qoyulub dərd ağacından yığılan pəncərələr..
***

Elə bil ki, bu divarlar daralır ildən ilə,
Bürüyüb dərd içimi ruhuma yer yoxdu belə.
Necə ruhum bədənimdən çıxacaq, bir gün elə
Çıxacaq çərçivəsindən sıxılan pəncərələr..
***
Yiyəsiz qalsa əgər at, gecə gündüz çapılar,
O qədər var ki igidlər, ata sahib tapılar.
Bu səbəbdən çoxalır dəstəyi yüngül qapılar,
Itirilmiş kişilikdən tapılan pəncərələr..
***

Azmışam dar küçələrdə, nə giriş var, nə çıxış,
Mənə bu köhnə qaranlıq küçələr gəldi tanış.
Ama xatırlamıram, hər dəfə yağdıqca yağış
Silinir tarixi tozla yazılan pəncərələr..

Pəncərələr

Azer Nesibli
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    Mənalı yazıydı əllərinə salıq
  2. Lami95
    cox vaxt seir sevmesemde bunu sevdim ellerine sagliq
  3. Eylül
    Çox gözeldir. Beyendim. Tesekkurler
  4. Laura
    • Laura
    • 14 Eylül 2015 13:36
    gözəl sozlərii varr ...Gözəll xəbərdiii...Təşəkkürlərr çox bəyəndim)
  5. sevgi^_^
    Menaliydi weir idi twkler
  6. Jessica
    Mənalı yazıydı əllərinə salıq
  7. Milawka..
    Gozel sozler ucun teşekkür ederim.
  8. crazy_reniw
    gozeldir emeye gore saq ol
  9. allah bendesi
    cox gozel ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.