Rauf Biləcərili ŞeirLərindən

13 Eylül 2015
1 815
5
Rauf Biləcərili ŞeirLərindən
Rauf Biləcərili ŞeirLərindən

Nəyçün o gözəl, mehriban anlar düşüb itgin?
Gizlətmə, sözün düzünü de, könlüm narahatdır,
Bax gözlərimə, söylə ürəkdəndimi sevgin?
Sus, vermə cavab, gözlərin artıq səni satdı..
***

Satdı səni, çün aynasıdır qəlbin o gözlər,
Sən nöqsanı gözlərdə deyil, axtar özündə,
Zahirdə məni sevdiyini söylər o üzlər,
Daxildəki hisslər çıxar aşkarə gözündə..
***
Kimdir səni məcbur eləyən qalmağa, çıx get,
Guya mənə rəhminmi gəlir, ey daş ürəkli?
Bir şəklimizi saxla, qalan hər şeyi məhv et,
Sil xatirələrdən məni, yandırma o şəkli..
***
Çün o şəkil keçmişinə baxmaq üçündür,
Sən orda tamam başqa idin, yadına bir sal,
Bax, söylə, nədən mən dəyişildim, bu nə gündür?
Kim əhdə dönük çıxmağıma eylədi təsir?

***
Tapsan bu suallara cavab, dərk eləyərsən,
Ki, əsl məhəbbət nə deməkdir bu həyatda,
Bir gün yenə mənlə keçən anlar diləyərsən,
Yetməz yerinə, birdə həmin arzu həyatda..
***
Çünki, səni qəbul eləməz bir daha qəlbim,
Sevməz səni əvvəlki məhəbbətlə, həvəslə,
Dözməz hər əzaba, sənə xatir daha qəlbim,
Azadlığı gördükdə barışmaz o qəfəslə..

***
Get, bil ki, səni sevdiyimə peşmanam indi,
Əfsus ki, yolunda özümü məhv elədim mən,
Öz sevgimə, öz hisslərimə düşmanam indi,
Allah, məni məhv et, nə böyük səhv elədim mən..
Rauf Biləcərili ŞeirLərindən

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Lami95
    tewekkurler seire gore
  2. Jessica
    Mənalıdl beyəndim əllərinə salıq
  3. Laura
    • Laura
    • 13 Eylül 2015 18:10
    Ayy nə qəşəng şeirdi əllərinizə salıqq
  4. Eylül
    Superdi bəyəndim əllərinə sağlıq
  5. allah bendesi
    cox beyendim ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.