Əgər həyatımı yenidən yaşaya bilsəydim...

16 Eylül 2014
1 577
0
Əgər həyatımı yenidən yaşaya bilsəydim...
Əgər həyatımı yenidən yaşaya bilsəydim...



Əgər həyatımı yenidən yaşaya bilsəydim...


Borgesin
"Əgər həyatımı yeni başdan yaşaya bilsəydim..." yazısını oxuduqdan sonra mən də bu sualı özümə soruşdum və indi sizdən soruşuram:

"Əgər həyatını yeni başdan yaşaya bilsəydin nələri etmək istəyərdin, ya da nələri etmək istəməzdin..."


Əvvəl sualı soruşan və cavablayan Borgesə qulaq asaq:

Əgər həyatımı yeni başdan yaşaya bilsəydim
o həyatda daha çox səhv edərdim.
o qədər mükəmməl olmağa çalışmazdım... daha çox istirahət edərdim.
bu həyatda, o qədər ciddiliyin arasında edə bilmədiyim qədər əylənərdim.
o qədər təmiz qalmazdım...

daha çox gəzər, daha çox gün batmasını seyr edərdim,
daha çox dağa çıxar, daha çox çayda üzərdim
getmədiyim daha çox yerə gedərdim.

mən həyatın hər dəqiqəsini həqiqi və kitabına uyğun yaşayan insanlardan biriydim.
əlbəttə xoşbəxtlik anlarım da oldu.
amma geriyə dönüb, başdan başlaya bilsəydim çox, daha çox yaxşı anlarım olardı.
çünki, əgər bilmirsinizsə, həyat bundan ibarətdir: anlar, yalnız anlar...
"indi"ni əsla qaçırmayın.

mən, yanında termometr, bir şüşə su və paraşüt olmadan əsla bir yerə gedə bilməyən insanlardan biriydim.

əgər həyatımı yenidən yaşaya bilsəydim, çox daha "yüngül" gəzərdim.

əgər həyatımı yenidən yaşaya bilsəydim, baharın başlamasıyla birlikdə ayaqqabısız gəzməyə başlayar, payız bitiminə qədər çılpaq ayaqla davam edərdim.
bilinməyən daha çox yaxşı və pis yola vərdiş edərdim,
günəşin doğuşunu daha çox seyr edər,
daha çox uşaqlarla oynayardım
yalnız bu həyatda bir şansım daha olsaydı...
Amma təəssüf ki, bax indi
85 yaşındayam
və bilirəm ki,
artıq gecdir bunlar üçün, ölməkdəyəm....


Menbe:Jorge Luis Borges
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.