.....Səni unudacam.....

13 Eylül 2015
4 132
6
.....Səni unudacam.....
.....Səni unudacam.....

.....Səni unudacam.....
Səndə yalan vardı, məndəsə düzlük.
Kitab bir üzlüdü, sən neçə üzlük?!
Silib gözlərimdən yaşı ömürlük,
Səni unudacam, söz verirəm mən!

.....Səni unudacam.....
Yalnızlıq adamın həyatın sorur.
Gəlmə mənə sarı elə orda dur!
Sıxıb dişlərimi yaşayıb məcbur,
Səni unudacam, söz verirəm mən!

.....Səni unudacam.....
Ağlamıram mən, sakitəm sakit!
Səni sevmirdi o, ay yazıq çıx get!
Özün bilərsən sən, nə bilirsən et!
Səni unudacam, söz verirəm mən!

.....Səni unudacam.....
Gör məni bir insan nə günə salıb!
Bütün gəncliyimi sovurub alıb.
Özümü unutdum sənə az qalıb.
Səni unudacam, söz verirəm mən!

.....Səni unudacam.....
Silməyə başladım birinci addan,
Ya sən ürəydən köç, ya mən həytdan.
Çıxardıb ömürlük silərək yaddan,
Səni unudacam, söz verirəm mən!

.....Səni unudacam.....
Xəyalım yox olub itəndə bir gün,
İçki köməyimə yetəndə bir gün,
Səndən yazan qələm bitəndə bir gün,
Səni unudacam, söz verirəm mən
!

.....Səni unudacam.....

Süleyman Əliyev
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Lami95
    tewekkkurler seire gore
  2. Eylül
    Unutmag asandi unutmagi bacaranlar üçün. Tesekkurler
  3. Laura
    • Laura
    • 14 Eylül 2015 13:42
    hər kəs belə şeirlərlə statlala sözlərlə təsəlli verir özünəə
  4. allah bendesi
    tewekkurler weir ucun...
  5. sevgi^_^
    Gör məni bir insan nə günə salıb!
    Bütün gəncliyimi sovurub alıb.
    Özümü unutdum sənə az qalıb.
    Səni unudacam, söz verirəm mən

    super idi weir cox beyendim ama unutmag heqiqeten mumkun deyil
  6. AleDa
    • AleDa
    • 13 Eylül 2015 22:05
    seni unudacam soz verirem men... kimse unutmagi bacardimi???
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.