Yaşamaq budurmu?

21 Eylül 2015
1 341
3
Yaşamaq budurmu?
Yaşamaq budurmu?


Hər gün çıxdığımız çıxılmaz yoxuş,
Bu yenib qalxmanın mənası yoxmuş.
Gəl indi insana qəlb açıb, yovuş...
Yaşamaq budurmu?
Bu deyil, vallah!

Yaşamaq budurmu?
Bu sözü duzsuzlar, sözü yavanlar,
Axşam deyiləni səhər dananlar,
Nə düşmənçilik anlar, nə dostluq anlar,
Yaşamaq budurmu?
Bu deyil, vallah!

Yaşamaq budurmu?
Söz nadan dilində qəpiyə dəyməz,
Dəyməz, su üzündə köpüyə dəyməz,
Dəyməz, heç bir ovuc kəpəyə dəyməz,
Yaşamaq budurmu?
Bu deyil, vallah!

Yaşamaq budurmu?
Özülü çöp üstə yaman dərdlərin,
Yalan bərələrin, yalan bəndlərin,
Yanan şəhərlərin, yanan kəndlərin.
Yaşamaq budurmu?
Bu deyil, vallah!

Yaşamaq budurmu?
Hələ də mənəmlik düşməyib atdan,
Lağım atmağında hiylə əl altdan,
Sən də, əzab oğlu, əzaba qatlan...
Yaşamaq budurmu?
Bu deyil, vallah!

Yaşamaq budurmu?
Dildir - yalançıdır, dilində saxla,
Əldir - talançıdır, əlində saxla,
Bir ümid şamı var - önündə saxla,
Yaşamaq yolu var
Budur bəlkə də.

Yaşamaq budurmu?
Bir gün gövşəməsin tamahımız da,
Boğaq nəfsimizi damağımızda.
Sabah lövbər salaq sabahımızda,
Yaşamaq budurmu?
Budurmu? Vallah...


Yaşamaq budurmu? Müəllif: Məmməd ArazYaşamaq budurmu?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Minyon giril
    gozel weirdi oxudum hamisin ellerive salik cox beyendim
  2. ADMIRAL
    ÇoX ŞeiR oXuMaĞa SəBRiM YoXDuR SoRRY
  3. allah bendesi
    weir ucun tewekkurler ellerinize sagliq)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.