Yazmaq istərəm

24 Eylül 2015
2 115
1
Yazmaq istərəm
Yazmaq istərəm


Bəzən ulduzların seyrinə cıxıb
Parlayıb şəfəq tək sacmaq istərəm,
Bəzənsə dünyanının halına baxıb ,
Köcümü götürüb qacmaq istərəm


İnsanlar dəyişib cırlaşır tamam
Baxanda bulara biganə halam
Yalandan üzümə deyənlər qadam,
Yığıb ətrafımdan atmaq istərəm ...



Nələrlə üz üzə gəldim cahanda
Özümə qəribə gəlir baxanda
Hərdən olanları duyub ananda
Qoşub sətir sətir yazmaq istərəm ...


Mənki bilməz idim eşq nədi axı
İndi dolanıram Məcnun səyağı
O, günü rast gəldik həminki anı ,
Hər dəyqa,hər bir an anmaq istərəm...

Sevgi yollarının eniş yoxuşu
Məst etdi ağlımı yarın qoxusu
Könlümdən kecəni budur doğrusu
Ayrıq sözünü pozmaq istərəm ...

Həyatda simalar rəngarəng dərin
Kimisi nanəcib,kimisi mətin
Əlimdə olsaydı üz cizgilərin
Birçə baxışımda yozmaq istərəm ..


Seymuru oxuyub daha qınama
Allah sınayıbdı sənsə sınama
Catdırın sözümü nazlı sonama
Onunla cağlayıb coşmaq istərəm

Müəllif : SEYMUR SÖNMƏZ
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    ellerinize ureyinize sagliq beyendim ama en cox 2 bendi xowuma geldi
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.