Payızda doğulanlar daha şanslıdır
Payızda doğulanlar daha şanslıdır
Aparılan bir araşdırma nəticəsində alimlər payızda doğulan insanların, baharda doğulan şəxslərə nisbətən daha uzun ömürlü olduğunu müəyyən edib.
Aparılan bir araşdırma nəticəsində alimlər payızda doğulan insanların, baharda doğulan şəxslərə nisbətən daha uzun ömürlü olduğunu müəyyən edib.
Almaniyanın şimalındakı Rostock-dakı Maks Plank Tədqiqat İnstitutundakı elm adamlarının, Avstriya və Danimarka da 1 milyondan çox insan üzərində apardığı araşdırmada, doğuş ayının orta hesabla ömür ilə əlaqəli olduğu ortaya çıxarıldı
Mövsüm fərqliliklərinə görə hamiləlik zamanı ana namizədlərinin nə yedikləri və ilin müxtəlif vaxtlarında ortaya çıxan xəstəliklərin, yeni doğulan körpənin sağlamlığında və qocalıqda orta ömrə təsiri ola biləcəyi qeyd olunub.
Payızda doğulan körpələrin baharda anadan olanlara görə daha kiloqramlı olduğunu deyilir. Araşdırmaya görə, Avstryada oktyabr-dekabr aylarında anadan olanların, aprel-iyun ayları arasında anadan olanlara görə 7 ay daha uzun yaşadığı, Danimarkada isə payızda anadan olanların baharda dünyaya gələnlərə görə təxminən 4 ay uzun yaşadığı müəyyənləşdirilib.
Cənub yarımkürəsində də vəziyyətin eyni olduğunu ortaya çıxaran elm adamları, Avropada bahar yaşanarkən Avstraliyanın payızında anadan olanların baharda dünyaya gələnlərdən 4 ay daha uzun yaşadığını qeyd edib.