Ƹ̵̡Ӝ̵̨̄Ʒ İnsanla Günəbaxanın Söhbəti Ƹ̵̡Ӝ̵̨̄Ʒ

25 Eylül 2015
2 775
4
Ƹ̵̡Ӝ̵̨̄Ʒ İnsanla Günəbaxanın Söhbəti  Ƹ̵̡Ӝ̵̨̄Ʒ
Ƹ̵̡Ӝ̵̨̄Ʒ İnsanla Günəbaxanın Söhbəti  Ƹ̵̡Ӝ̵̨̄Ʒ

Günlərin bir günü Günəbaxan İnsanla söhbətə başlayır.
Günəbaxan:«Mən gün işığından ilham alıb böyüyürəm, bəs sən?»
İnsan:«Mən Allahın rəhmət və mərhəmətindən ilham alıb mə-nən yüksəlirəm.»
Günəbaxan:"Əgər gündən üz çevirərəmsə, kimsə mənə günəbaxan deməz. Əkinçi toxumu yerə basdırdıqda onun böyüyüb günü tapacağına əmin olar və mən günü heç nə ilə səhv salmaram."
Ƹ̵̡Ӝ̵̨̄Ʒ İnsanla Günəbaxanın Söhbəti  Ƹ̵̡Ӝ̵̨̄Ʒ
İnsan(təəssüflə):«Mən də Allahın əzəmətli varlıq olduğuna əmin olar, lakin Onu Ondan qeyri varlıqla səhv salaram»
Günəbaxan:«Mən yalnız günü sevər və onun işığına ümid bəsləyərəm.»
İnsan(xəcalətli halda):«Mən isə Allahdan qeyrisinə də ümid bəsləyərəm.»
Günəbaxan:«Mən gün işığı ilə cücərib yerdən boy verər, gün işığı ilə inkişaf edər, gün işığı ilə də solub gedərəm.»
Ƹ̵̡Ӝ̵̨̄Ʒ İnsanla Günəbaxanın Söhbəti  Ƹ̵̡Ӝ̵̨̄Ʒ
İnsan(utanaraq):«Mən Allahın nuru ilə dünyaya gələrəm, amma öz günahlarım ilə axirətimi zülmətə qərq edərəm.»
Günəbaxan:«Mən günlə yaşayaram.»
İnsan:«Mən Allahla yaşayaram.»
Günəbaxan:«Zülmət məni məhv edər.»
Ƹ̵̡Ӝ̵̨̄Ʒ İnsanla Günəbaxanın Söhbəti  Ƹ̵̡Ӝ̵̨̄Ʒ
İnsan:«Məni isə günahlarım.»
Günəbaxan:«Mən aradakı məsafəni işıqla qısaldaram, bəs sən?»
İnsan bir söz deyə bilmir. O, günəbaxanı əlinə alıb iyləyir. Allahın qoxusunu hiss edir. Günəbaxanın dediyi son sözlər qulağında sırğa olur.
Günəbaxan: «Mənim adım çəkiləndə hamının yadına gün düşür. Bəs sən insanın adı çəkiləndə necə? İnsan deyildikdə kimsənin yadına Allah düşürmü?»
Bu sözləri eşitdikdə insan Allahdan xəcalət çəkir, üzünü günə tərəf tutub ağlayır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...MuRaD...
    Cox sag ol, maraqli, tesirli ve menali xeber ucun! Dogurdan da insanlar beledirler! Axi goresen niye bizler beleyik? Goresen niye?!
  2. crazy_reniw
    ayda coxx anlamidir insanlar... cox utandim (
  3. SEHRI
    • SEHRI
    • 25 Eylül 2015 18:44
    necə maraqlı və təsirli idi.elə məndə utandım Allahdan.Xəbərə görə təşəkkürlər.
  4. Jessica
    Nece menalı və ibretli yazdı lap utandım birz güne baxan qederde deyilk gönahlarımızla utanıb Allahın verdiyi neymete şükr etmeyi bacarmırıq
    Maraqlı xeber üçün teşekkür
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.