Camaat nə deyər?!

16 Eylül 2014
6 612
0
Camaat nə deyər?!
Camaat nə deyər?!
Camaat nə deyər?!


Dünyaya gəlmək istəyirdim. Ümumi xəstəxanada. Babam anama dedi:
-Ancaq özəl xəstəxanada. Anam soruşdu:
-Niyə? ... Dedi:
-Camaat nə deyər?!...

Məktəbə getmək istəyirdim. Küçəmizin başındakı məktəbə. Anam dedi:
-Ancaq özəl məktəbə! Atam soruşdu:
-Niyə? Anam dedi:
-Camaat nə deyər?!...

Humanitar fənlərə marağım var idi. Atam dedi:
-Ancaq riyaziyyat! Soruşdum:
-Niyə? Dedi:
-Camaat nə deyər?!...

Kəndli bir qızla evlənmək istəyirdim. Bacım dedi:
-Ancaq mən öləndən sonra... Soruşdum:
-Niyə? Dedi:
-Camaat nə deyər?!...

İstəyirdim ki, toya ayıracağım pulu öz həyatım üçün sərmayə edim. Atam və anam dedilər:
-Ancaq bizim cənazəmizin üstündən keçdikdən sonra. Soruşdum:
-Niyə? Dedilər:
-Camaat nə deyər?!...

İstəyirdim ki, cibimə uyğun olaraq şəhərin aşağısında bir ev kirayələyim. Anam dedi:
-Vay olsun mənə! Soruşdum:
-Niyə? Dedi:
-Camaat nə deyər?!...

Evlilikdən sonra ilk qonaqlığımız idi. Sadə və səmimi olmasını istəyirdim. Arvadım dedi:
-Bu tezlikdə məğlubiyyət?! Soruşdum:
-Niyə? Dedi:
-Camaat nə deyər?!...

İstəyirdim qədim modelli bir maşın alım. Cibimə uyğun. Həm də əlimin əsası olsun. Arvadım dedi:
-Allah məni öldürsün! Soruşdum:
-Niyə? Dedi:
-Camaat nə deyər?!...

Uşağım dünyaya gəlirdi. Ümumi xəstəxanada. Atam dedi:
-Ancaq özəl xəstəxanada. Soruşdum:
-Niyə? Dedi:
-Camaat nə deyər?!...

Uşağım məktəbə getmək istəyirdi, təhsil fənnini seçmək istəyirdi, evlənmək istəyirdi...

Ölmək istəyirdim. Qəbir məsələmdə mübahisə oldu. Oğlum dedi:
-Qəbristanlığın aşağı tərəfində. Arvadım fəryad etdi. Qızım soruşdu:
-Nə olub? Dedi:
-Camaat nə deyər?!...

Camaat... Qardaşım mənim əza məclisim üçün sadə bir məscidi danışdı. Bacım göz yaşı tökdü və dedi:
-Camaat nə deyər?!...

Qəbristan tərəfindən sadə bir baş daşını məzarım üstə qoydular. Amma qardaşım dedi:
-Camaat nə deyər?!...
Özü mənim üçün bir qəbir daşı sifariş verdi ki, üzərində mənim şəkilim həkk olunmuşdu.

Camaat nə deyər?!



Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.