İxlas nədir?

30 Eylül 2015
1 953
5
İxlas nədir?
İxlas nədir?

İxlas nədir?

Ixlas, hər iş və əməldə Allahın rizasını əsas alaraq hər cür göstərişdən uzaq durmaq deməkdir. İxlas, ibadətlərin cövhəri, əməllərin ruhu, qəlblərin təmizliyidir. Ancaq ixlaslı kimsələr həqiqi səadət və xoşbətliyə nail ola bilərlər. Onların əməllərinin əsas məqsədi dünyəvi bəzi mənfəətlər əldə etmək deyil, yalnız və yalnız Allahın rizasına nail olmaqdır.

Allahın adı çəkildiyi vaxt onların qəlbləri titrəyər, başları yalnız Allahın hüzurunda əyilər. Namazlarını göstəriş üçün deyil sırf Allah rizası üçün qılarlar. Onlar zəkat, sədəqə və başqa yardımlarını, başqalarının “filankəs çox xeyirxah insandır, insanlara yardım edir” demələri üçün deyil, onları yaradan Allahın rizası üçün edirlər. İxlaslı kimsələrin zəngin, məqam və mövqe sahibi olmaları onları Allahdan uzaqlaşdırmır əksinə Allaha yaxınlaşdırır. Çünki onlar “yerlərdə və göylərdə olan bütün mülk Allahındır” həqiqətini yaxşı qavrayırlar.

Etdiyimiz əməllərdə ixlas yoxdursa, hər işdə Allahın rizasını əsas almırıqsa, gecə səhərə qədər namaz qılsaq, bütün il boyu oruc tutsaq belə əməllərimizin Allah qatında heç bir dəyər və qiyməti yoxdur. İxlas yalnız qəlbdə olar. Hədisi-Şərifdə belə buyurulur:

“Xəbəriniz olsun ki, cəsədin içində bir ət parçası vardır. Əgər o yaxşı olarsa bədənin digər orqanları da yaxşı olar. Əgər o pis olarsa bədənin digər orqanları da pis olar. Məhz o ət parçası qəlbdir”

Başqa bir Hədisi-Şərifdə isə belə buyurulur:

“Allah sizin cəsədlərinizə və surətinizə baxmaz. Ancaq qəlblərinizə baxar.”

Uca Allah Qurani-Kərimin bir çox ayəsində ixlasdan bəhs edərək yalnız ixlasla ibadət edilməsini əmr etməkdədir. Bu ayələrdən bəziləri belədir:

“(Ey möminlər!) Kafirlərə xoş gəlməsə də, Allaha dini yalnız Ona aid edərək ibadət edin!”

“De ki: “Mənə dini (itaəti) məhz Allaha məxsus edərək yalnız Ona ibadət etmək əmr olunmuşdur!”

Yuxarıdakı ayələrdən də başa düşülüdüyü kimi ibadət və əməllərdə ixlaslı olmaq Allahın bizə qəti əmridir. İxlassız ibadət meyvəsiz ağaca bənzəyir. Allahın lənətinə uğrayan İblis ancaq ixlaslı kimsələri haqq yoldan azdıra bilməz. İblisin Allah-Təalaya: “yalnız sənin sadiq (ixlaslı) bəndələrindən başqa” qullarının hamısını yoldan azdıracağam, dediyi Qurani-Kərimdə xəbər verilmişdir.


İxlas nədir?

İxlası olmayan məmur, hər gördüyü işi rüşvət alaraq görər.

İxlası olmayan sənətkar, gördüyü işi şişirdər və adama görə iş görər.

İxlası olmayan müəllim, tələbələrinə həqiqəti öyrətməz.

İxlası olmayan tacir, yalan yerə and içərək malını tərifləyərək satar.

İxlası olmayan həkim, xəstəsinə lazımı diqqəti göstərməz.


İxlas nədir?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SEHRI
    • SEHRI
    • 2 Ekim 2015 19:32
    Allah razı olsun dəyərli xəbərdi.Bilmədiklərimi öyrənmiş oldum sayənizdə.
  2. Jessica
    Melumatım vardı ancaq bu qeder deyildi çox sağol sayenize bildim geniş melumat oldu menim üçün..Allah razı olsun 64
  3. Dear..
    Qısa məlumatım vardı bu haqdaş
    -Çox saol dəyərli xəbərçün)
  4. ALA GOZ
    BİLMİRDİM BU HAKKDA NECE VAXT İDİ İXLASİN NE OLDUQUNU OYRENMEK İSDEYİRDİM .TESEKKURLER MUELİFE
  5. Hasanova...
    Sizin xeberleriviz nrce de gozeldi..) hem menasi, hem seliqesi...goz oxayir...eslinde dini xeberleri cox basa dismurem..bezen bilmediyim sozler cox olur..amma sizin xeberleriviz cox sade dlde olur..asanliqla anlayiram..cox sagolun:)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.