Şarlar...

01 Ekim 2015
1 702
2
Şarlar...
Şarlar...

Şarlar
500 nəfər bir seminardaydı. Birdən məruzəçi dayandı və bir qrup iş görməyə qərar verdi. Hər kəsə bir şar verərək başladı. Hər kəs qazlı qələmlə şarına adını yazmalıydı. Sonra bütün şarları aldı və bir otağa bağladı.
Şarlar...

İştirakçılar otağa alındı və 5 dəqiqə ərzində üzərində adlarını yazdıqları şarı tapmaları deyildi. Hər kəs dəli kimi öz adını axtarmağa başladı, insanlar vuruşdular, bir birlərini itələdilər, tam bir xaos mühiti yarandı.
5 dəqiqənin sonunda heç kim öz şarını tapmadı.
Şarlar...

Məruzəçi bu dəfə hər kəsin bir şar almasını və üzərində adı yazan adama o şarı verməsini söylədi. Qısa bir müddət içində hər kəs öz şarına qovuşmuşdu.
Şarlar...

Məruzəçi dedi ki: "Həyatımızda bunu görürük. Hər kəs dəli kimi xoşbəxtliyi axtarır və harada olduğunu bilmir. Bizim xoşbəxtliyimiz başqalarının sevincində gizlidir. Onlara xoşbəxtlik verin; Sizinki sizə gəlir. Və insanların həyat məqsədi də budur. Xoşbəxtliyin arxasınca getmək".
Şarlar...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SEHRI
    • SEHRI
    • 2 Ekim 2015 13:00
    Çox bəyəndim mənalı idi.Adam oxuduqca düşünməli olurdu.əllərinə sağlıq
  2. ...DUALARIMDASAN...
    sarlari cox sevirem wirin gornurler
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.