Axtar məni!

02 Mart 2022
4 412
5
Axtar məni!

Axtar, bir az axtar məni arzularında,
Kam etmək həvəsin bitənə qədər
Yaşayarkən xoş arzunun intizarında,
Bəlkə mən çin oldum bir şirin səhər?!

Axtar məni!

Xoş ümidlə axtar məni ümidlərində!
Axı ümidlərin görünməz sonu.
Əgər ümid dilənərsə son səfərində,
Yenə ümidli ol, itirmə onu!




Axtar məni həqiqətin cizgilərində,
Həqiqi rəğbəti doğru sanarkən!
Dayazda boğulsan, ara dərində,
Bəlkə dərin hisslərini kəşf elədin sən?!



Yəqin öz yuxunda sevilə bildin.
Önəmlidir təbiətin bu səadəti.
Bəlkə mənə inamında rast gələ bildin?
Inamsız anında axtarma, qəti!




Diqqətindən yayınmasın bir toz dənəsi,
Məni ayağının altında axtar!
Səbəb olsa axtarışa bir nəfəs səsi,
Demək, nəfəsində tutmuşam qərar...



Əgər səni aldatmırsa səmimiyyətin,
Axtar şübhələri, yalanlarını!
Dərk et, bu axtarışda nədir niyyətin,
Axtar varlığının qalanlarını!




Sonda tapmadınsa, nədir fəlakət?
Çıxar məni həsrətinin ləpələrindən!
Yəqin ruhundayam, ruhunu hiss et!
Itgin ruhlar məkanında görünməzəm mən...

Səbuhi Şahmursoy
Əvvəlki Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    Pis deyil normal şerdi.əllərinizə sağlıq.
  2. SaFFron
    Qeşey menalı şeirdi.Müellifin qelemine qüvvet. Kepenek giflerinden çox xoşum gelir,onunçün redakteni beyendim.Paylaşdığınızçün teşekkürler
  3. AleDa
    • AleDa
    • 2 Ekim 2015 23:56
    1 2 bendı beyendım. Tewekkurler
  4. Dear..
    Bəndin birini daha çox bəəndim.Redaktedə sadədi.
    -Əllərinə salık
  5. SEHRI
    • SEHRI
    • 2 Ekim 2015 17:57
    Pis deyil normal şerdi.əllərinizə sağlıq.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.