Bəxtiyar Vahabzadə - "ALLAH"

04 Ekim 2015
8 616
3
Bəxtiyar Vahabzadə - "ALLAH"
Bəxtiyar Vahabzadə - "ALLAH"

Bəxtiyar Vahabzadə - "ALLAH"

İdrakda yol açmış gecədən gündüzə Allah,
Güldürməsən öz könlünü, gülməz üzə Allah.
Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş,
Qəlbin gözü yanmazsa, görünməz gözə Allah.
Bəxtiyar Vahabzadə - "ALLAH"
Allah! Bilirik cisim deyil, bəs nədir Allah?
Ən yüksək olan haqda, həqiqətdədir Allah.
Dondunsa təkamül və gözəllik qabağında,
Dərk et bu, təəccübdə, bu heyrətdədir Allah.
Bəxtiyar Vahabzadə - "ALLAH"
Bildik, bilirik, gizlidir insandakı qüdrət,
Hər kəs onu fəhm etməsə, acizdir o, əlbət.
İnsanın əzəl borcudur insanlığa hörmət,
İnsanlığa hörmətdə, ləyaqətdədir Allah.
Bəxtiyar Vahabzadə - "ALLAH"
Gerçək də budur: gizlidir hər zərrədə vəhdət.
Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət.
Gördüklərimiz zahirdir, bətnə nüfuz et!
Bətndəki, cövhərdəki fitrətdədir Allah.
Bəxtiyar Vahabzadə - "ALLAH"
Fitrət də yatır sözdə, sözün öz yükü fikrim.
Seçmiş, seçəcək daima tükdən tükü fikrim.
Mən bir ağacam, yarpağı sözlər, kökü fikrim,
Sözlərdə deyil, sözdəki hikmətdədir Allah.
Bəxtiyar Vahabzadə - "ALLAH"
İnsan! Təpədən dırnağa sən arzu, diləksən,
Nəfsində doyumsuz, fəqət eşqində mələksən.
Zülmün üzünə haqq deyilən şilləni çəksən,
Şilləndə möhürlənmiş o qeyrətdədir Allah.
Bəxtiyar Vahabzadə - "ALLAH"
Cahil enər alçaqlığa, öz qəlbinə yenməz,
Vicdandan əgər dönsə də, xeyrindən o dönməz.
Zülmətdə, cəhalətdə, ədavətdə o görünməz,
İlqarda, sədaqətdə, məhəbbətdədir Allah.
Bəxtiyar Vahabzadə - "ALLAH"

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    Allah rehmet elesin saire
  2. SEHRI
    • SEHRI
    • 5 Ekim 2015 21:31
    Qəşəng şerdi əvəllər oxumuşdum şerləri çox sevirəm Bəxtiyar Vahabzadənin də çox gözəl şerləri var.Xəbər üçün təşəkkürlər.Belə şairlər unudulmamalıdır ama çox təəsüf ki indi bəzi insanlar dahi şairlərimizin çoxunu tanımır.
  3. Bella
    • Bella
    • 4 Ekim 2015 23:16
    Lazımsız sevgi xəbərlərinə o dəqiqə şərh yazırlar. Bu xəbərə nədənsə şərh yazan olmayıb. TƏƏSSÜF!
    İlk növbədə təşəkkür edirəm ki , Bəxtiyar Vahabzadə yaradıcılığından olan, gözəl məna kəsb edən şeiri paylaşmısan. Çox - çox təşəkkürlər. Ümumiyyətlə, Bəxtiyar Vahabzadənin bütün şeirləri mənalıdır. Əsas odur ki, şeiri oxuyub onu hifz edəsən . Təşəkkürlər)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.