Guya bilməmişəm duymamışam Mən... ?

07 Ekim 2015
3 524
2
Guya  bilməmişəm duymamışam Mən... ?
Guya  bilməmişəm duymamışam Mən... ?

Guya  bilməmişəm duymamışam Mən... ?
Qəlbimə girməyi sandınmı asan ?
Bunu bacaranı görməmişəm Mən...
Qiyabi əyani mənə baxırsan

Guya bilməmişəm duymamışam Mən... ?


Guya  bilməmişəm duymamışam Mən... ?
Sözlərlə bölərəm vurub birə- bir
Bu qəlbə girmək bilki cətindir
Cavabı gizlədim deyim ki sirdir

Uydurum yalandan tapmamışam Mən ...


Guya  bilməmişəm duymamışam Mən... ?
Şəminə alışan pərvanə kimi
Məcnun tək eyləyim bəyan eşqimi
Yazım bir naməyə sevgi şerimi

Deyim bu sevdamı danmamışam Mən ...

Guya  bilməmişəm duymamışam Mən... ?
Baxanlar qoy baxsın gennən nə carə
Lap qeybət eyləsin sözdə dücarə
Əzrail son arzun din, söylə desə

Deyərdim hec ondan doymamışam Mən...

Guya  bilməmişəm duymamışam Mən... ?
Dodağın büzmüsən,catılıb qaşın
Üstümə gəlibdir atan qardaşın
Söylədim nə olsun ağarıb başım

Ərköyün olmuşam qanmamışam Mən ....

Guya  bilməmişəm duymamışam Mən... ?
Seymuram deyirəm hərdən arabir
Qınama buda bir xüsusiyətdir
Mənim də xoşuma biri gəlifdir

Ondan qeyrisinə baxmamışamm Mən..

Guya  bilməmişəm duymamışam Mən... ?
Müəllif : SEYMUR SÖNMƏZ
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    yaxsi serdi oxudum ,,,,,
  2. Ciara..
    -şeirlə aram yoxdu hələ o şeir şablondusa heç.
    amma oxudum bunu maraqlıdı özvüz yazmısıza əlvizə sağlıq.
    Allah zehin açığlığı versin) təşəkkürLər.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.