Biri mənə izah etsin...

18 Eylül 2014
2 000
0
Biri mənə izah etsin...
Biri mənə izah etsin...



Çoxları dedi o sevir qısqanır... Bəziləri dedi o güvənmədiyindən qısqanır...
Hər zaman mənə maraqlı olan bir sualdır. Bu qısqanclığın təməli nədən irəli gəlir?
Axı o niyə qısqanır?
Hər zaman deyirlər ki, sevgi varsa qısqanclıq mütləq olmalıdır. Hardasa razıyam.
Amma insan heç sevmədiyi birinidə qısqanır bəzən... Güvənsizlik desəm? İnsan çox güvəndiyi birinidə qısqanır. Bəs itirmək qorxusu bax bu ola bilər. İnsan həmişə çox sevdiyi birini itirmək istəməz, onun başqaları ilə danışmasını, görüşməsini, hətta başqasına baxmasını belə qısqanır.

Biri mənə izah etsin...


Onu itimrək istəməz. Onu başqaları ilə paylaşmaq istəməz. Nədənsə qorxar, bəzən də çəkinər...
İstəməz sevdiyi gözlərə başqa gözlər baxsıın... İstəməz onunla kimsə maraqlansın...
Qısqanar... Amma bu qısqanclıq hər zaman fayda verməz. Qarşındakı insan bezər. Sıxarsan onu.
Onunla daha çox maraqlandıqca ona dəyər versəndə, çox qısqansan bezdirərsən onu...
Onun üçün insan qarşısındakına həm güvənməli, həm sevməli həm də itirməməkdən qorxmamalı.Əsas şərt o deyil ki, onu itirəcəksən. Əsas odur ki, o getsə səni itirmiş olacaq. Ona görə itirməkdən qorxmamalısan...


Biri mənə izah etsin, qısqanclıq sevgidən yaranır yoxsa güvənsizlikdən?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.