Hansı dəyərlər sizi yaxşı bir insan edər?

13 Ekim 2015
1 905
1
Hansı dəyərlər sizi yaxşı bir insan edər?
Hansı dəyərlər sizi yaxşı bir insan edər?


Yaxşı biri olun.

Yaxşı bir insan olmanın əxlaqi standartları məlumdur. Bu 5 maddə dünyanı daha yaxşı bir yer halına gətirmənizi asanlaşdıracaq. Ədəb qaydalarının unudulduğu, insanların qazandığı pula görə qiymətləndirildiyi, uşaqların küçələrdə diləndirildiyi, qadına şiddətin sürətlə artdığı və bunun kimi bir çox digər ictimai tənəzzülün yaşandığı bir həyatda yaxşı bir insan olduğunuzu haradan bilə bilərsiniz?

İnsan həyatına dəyər vermək
İnsan həyatına dəyər verməmək terrorizm və soyqırıma yol açar. Dünya səviyyəsindəki rejimlər həm müasir, həm tarixi insan həyatına dəyər vermədiyi üçün minlərlə ölümə səbəb olmuşdur. Fərd olaraq siz haradasınız? Din, dil, irq, cinsiyyət ayrı-seçkiliyi etmədən hər insanın həyatına hörmət göstərə bilirsiniz? Doğru bir seçim olduğuna inandığınız şeyi etmək üçün güclü olmanız lazımdır.

Uşaqların gələcəyinə dəyər vermək
Bu dəyərə sahib bir insan hamiləykən siqaret çəkməyən bir ana qədər, uşaqların qarşısında pis danışmayan bir kənar şəxs də də ola bilər. Bu insan uşaqların dünyanı anlamasına köməkçi olmağa çalışır, onları hər cür zehni, fiziki və duyğusal zərərdən qorumağa diqqət göstərir.

Dünyaya hörmət etmək
Dünya hamımızın evidir və ona yaxşı baxmaq da hər kəsin vəzifəsidir. Yaxşı bir insan təbiətə hörmət etməli və onu qorumalıdır.

Fikirlərə hörmət etmək
Hər insanın özünə xas, xarakterinə əsasən xüsusi fikirləri vardır və yaxşı insanlar qarşısındakı eyni görüşü paylaşmadığında buna hörmət etmək məcburiyyətindədir. Kimsəni sizinlə eyni şəkildə düşünməsi üçün məcbur edə bilməzsiniz. Doğru və yanlış nisbidir.

Qarşınızdakına sizə davranılmasını istədiyiniz kimi davranmaq
İnsanlar bir-birlərinin sərhədlərinə hörmət etməlidir. Birinin sərhədinin başladığı yerdə digərininki bitər. Bu həqiqətin fərqində olmaq pisə gedən bir çox şeyi dəyişdirmə gücünə malikdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    xeberleriniz hemseki kimi superdi
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.