Sizi doğrudan Sevirlər?

19 Eylül 2014
1 479
0
Sizi doğrudan Sevirlər?
Sizi doğrudan Sevirlər?


Sual verin bir ətrafınızadakılara "Məni sevirsən?" deyə... "Xeyr" deyən çıxacaqmı görəsən? İnanmıram... Necə də rahat deyirlər, deyirik deyilmi bu cümləni: Səni sevirəm...

Yaxşı, ağızdan çıxması saniyəni alan bu cümlənin haqqını vermək üçün lazımı qədər çalışırıqmı? Nə qədər tez sevirik biz belə... Nə qədər tez hər şeyimiz, qiymətlimiz, dəyərlimiz olur insanlar... Hər kəs, hər kəsi sevir bu zamanda... Sevmək bu qədər asan deyil ki...

Sevirsənsə, qarşındakı bunu ürəyində hiss etməlidi... Gözlərinə baxdığında, qarşındakı içində deməlidi "
Məni Sevir" deyə... Əmək verməlisən hər şeydən əvvəl, səy göstərməlisən... Onun üçün etdiyin heç bir iş sənə ağır gəlməməlidi, xətrinə dəyməməlidi... O danışmadan anlamalısan bir dərdinin olduğunu, o çağırmadan getməlisən onunla... Gözləməməlisən "Bu zamanı birlikdə keçirəkmi?" deməyini, əksinə sən zaman yaratmalısan yox yerdən... "Əşi onsuzda bu gün gördüm, sabah olmasa da olar" dedinsə bitmişdir artıq... Bəlkə də heç başlamamışdır... Sevgi bu düşüncənin olduğu yerdə dayanmaz... Canın olmalıdı O... O ağrısa sən ağrımalısan, o qırıldısa sən özündən parça verməlisən ona əskiklərini tamamlasın deyə... O yata bilmirsə sən gözünü qırpmamalısan... Acdırsa doymamalısan... Paylaşmaqdır sevgi, paylaşdıqca çoxalar... Geniş tutmalısan ürəyini, hər kəsin yeri olmalıdı ayrı-ayrı, amma onun yeri tam başqa olmalıdı... Onu incidə bilərsən deyə, 1 deyil 10 dəfə düşünəcəksən danışmadan, ya da bir şey etmədən əvvəl... Əyər bunları edə bilmərəm mən deyirsənsə, get yolunla... Durma sevginin yanında...

Kimsə səhv anlamasın məni, sözlərim yalnız "
Sevgili" sifətli insanlara deyil... Hər sevgi gözləyər bunları, hər "Sevirəm" sözü bu məsuliyyətləri saxlamalıdır altında... Əyər ki edə bilmirsinizsə, edə bilmiriksə imtina etməlisiniz, imtina etməliyik...

Sevgi deyilən şey, yalan deyil əzizlərim, Sevməyi, amma ciddi olaraq ürəkdən sevə bilməyi bilənə...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.