Dünyaya böyük ideyalar bəxş etmiş 10 dəli dahi

Dünyaya böyük ideyalar bəxş etmiş 10 dəli dahi
Dünyaya böyük ideyalar bəxş etmiş 10 dəli dahi

Dünyaya böyük ideyalar bəxş etmiş 10 dəli dahi

İstedadlı yazıçın süuru hər zaman risk altındadı. Şöhrətə yüksəliş nə qədər hamar görünsə də, demək olar ki, həmişə naməlum, qadağan edilmiş və ya ağılsızlıqla təhlükəli oyunla müşayiət edilir.Sizə ruhi cəhətdən tam sağlam olmayan amma dünyaya çox gözəl ədəbi əsərlər və həm də yaradıcı ilham qaynağı qoyub gedən müəlliflərin siyahısını təqdim edirik.

Dünyaya böyük ideyalar bəxş etmiş 10 dəli dahi

Pasiyent 1: Edqar Allan Po

Amerika yazıçısı, şair (1809-1849)

Diaqnoz: Ruhi nasazlıq, dəqiq diaqnoz təyin edilməmişdir.

Dünyaya böyük ideyalar bəxş etmiş 10 dəli dahi

Simptomlar: Qaranlıq qorxusu, yaddaşda problemlər, təqib maniyası, qeyri-adekvat davranış, hallüsinasiyalar.
Xəstəlik tarixcəsi: Artıq 1830-cu illərin sonundan Edqar Po sıx baş verən depressiyalardan əziyyət çəkirdi. Bundan başqa, o alkoqoldan sui-istifadə edirdi, bu da öz növbəsində onun psixikasına yaxşı təsir etmirdi: içkinin təsiri altında yazıçı bəzən şiddətli dəlilik vəziyyətinə düşürdü. Alkoqola tezliklə tiryək də qatıldı.
Onun gənc xanımının ağır xəstəliyi Ponun ruhi vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirdi. Po 13 yaşlı əmisı qızı Virciniyayla evlənmişdi; nikahdan 7 il sonra, 1842-ci ildə, Virciniya vərəmə tutulur, daha 5 il sonra isə dünyasını dəyişir.

Virciniyanın ölümündən sonra — özünün ölümünə isə 2 il qalmış — Edgar Po bir neçə dəfə aşiq olur və iki dəfə evlənməyə cəhd edir.
Birinci cəhdi Ponun növbəti tutmalarından qorxuya düşən sevgilinin imtinasına görə pozulur, ikinci dəfə isə toya az qalmış içib və özünü itirən bəyin toya gəlmədiyinə görə baş tutmur (Ponu 5 gün sonra ucuz traktirlərin birində tapırlar).

Yazıçını klinikaya yerləşdirdilər və burada o qorxunc hallüsinasiyalardan əziyyət çəkərək artıq beş gün sonra dünyasını dəyişir.
Ponun ən dəhşətli qorxusu olan yalnızlıqda ölmək həyata keçdi: o çox insanlardan son saatlarında onun yanında olacaqlarına dair vəd alsa da 7 oktyabr 1849-cu il gecə saat üçdə yanında heç bir yaxını olmadı.

Dünyaya böyük ideyalar bəxş etmiş 10 dəli dahi

Dünyaya təqdim edilmiş ideyaları: İki məşhur müasir ədəbi janr. Birinci — dəhşət romanı ( və ya hekayəsi).
İkinci janr — Detektiv. Məhz Edqar Ponun "Morq küçəsində qətl" hekayəsinin qəhrəmanı Oqyust Dyupen cənabı, deduksiya metodunun və onun məddahı mister Şerlok Holmsun əcdadı olub.


Dünyaya böyük ideyalar bəxş etmiş 10 dəli dahi
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ...DUALARIMDASAN...
    maraqli melumatdi bilmirdim
  2. Eylül
    Maraqli melumatdi bu haqda melumatim yox idi tesekkurler
  3. AleDa
    • AleDa
    • 13 Ekim 2015 09:29
    Maraqlı melumat ucun tewekkurler.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.