Fast food və ya McDonalds camaatın evini necə yıxır?

15 Ekim 2015
3 091
5
Fast food və ya McDonalds camaatın evini necə yıxır?
Fast food və ya McDonalds camaatın evini necə yıxır?

Amerikada maraqlı bir eksperiment keçirilib. McDonalds-dan alınan və uşaq yeməyi kimi qələmə verilən “Happy Meal!” yarım il saxlandıqdan sonra belə xarab olmayıb!

Britaniyanın mötəbər The Daily Mail dərgisinin verdiyi xəbərə görə, xanım Sally Davies (sənətcə foto-rəssamdır) tərəfindən keçirilən eksperiment maraqlı və eyni zamanda dəhşətli nəticələr əldə edib. Eksperimentin hər günü “Happy Meal”-ın şəkili çəkilib. McDonalds möcüzəsi bu müddət ərzində nəinki xarab olmayıb, hətta yüngülcə belə kiflənməyib. Yeganə dəyişiklik — 6 ay ərzində “Xoşbəxt qida” bərkiyib olub daş parçası.

Fast food və ya McDonalds camaatın evini necə yıxır?

Fast food və ya McDonalds camaatın evini necə yıxır?

Fast food və ya McDonalds camaatın evini necə yıxır?

Fast food və ya McDonalds camaatın evini necə yıxır?

Bu da bir daha McDonalds məhsullarının insan orqanizmi üçün katastrofik dərəcədə qorxulu olmasının növbəti sübutudur.

Bundan əvvəl bu tipdə bir neçə testlər keçirilib. Məsələn, Nyu-Yorklu bir araşdırıcı öz üzərində eksperiment aparıb — o 30 gün ərzində yalnız McDonalds məhsulları ilə qidalanıb. Nəticədə 33 yaşlı tam sağlam insan 30 gün ərzində 11 kilo kökəlib, onda ürək sancıları, qaraciyərin bərkiməsi, həmçinin mədə-bağırsaq problemləri müşahidə olunub. Eksperiment yarımçıq bitib, eksperimentator isə düz 2 il müalicə almalı olub.

Bax belə. Görəsən bütün bu faktlar bizimkiləri McDonalds məhsullarından imtina etməyə bəs edəcək? Fikrimcə yox.

Birincisi, bizim millət McDonalds-a ya qız (oğlan) “tutmağa” gedir (adətən Bluetooth-la), ya da “risovkalığa”.
İkincisi, camaat rayondan gəlib McDonalds-da oturmağı, nəsə yeməyi “sverx-prestij” hesab edir.
Üçüncüsü isə, sağlamlığımıza “biganə” yanaşma adətimizi nəzərə alıb, indi hər kəs deyəcək — guya yediyimiz digər qidalar fərlidir? Əşi, bas getsin…
Bu arada McDonalds məhsulları həqiqətən dadlı olur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ilawka
    hmm men dexli yoxdu deseler ziyandi yene de yeyiremm
  2. SaFFron
    Bazada oxumuşdum xəbəri..Sağlamlığa ziyan olduğunu çoxdan bilirdim.Bu yaşıma qədər 2 ya da 3 dəfə getmişəm,oda uşaqların israrıyla.Ora getməydənsə bir çuda peçkada oturmağa daha üstünlük verirəm.Oda doğrudur ki,onsuzda bir çox yediyimiz qıdalarda zərərlidi,bacardığımız qədər düzgün və sağlam qidalanmalıyıq.Ama çətindi həqiqətən,adi bir peraşki yoldan almağa belə çəkinirəm,çünki bəzi yerlərdə köhnə yağları üst-üstə tökərək qızardırlar.Məktəbdə oxuyanda bufetçi qadından soruşurdum ki,yağ köhnələndə dəyişib eliyirsiz )) o vaxta kimi peraşki almırdım ordan,bufetçi hər şeyə riayət edirik alıb rahat yeyə bilərsən deyəndən sonra peraşki alıb yeməyə başlamışdım ) Bəzi qidalar üzdən qəşəy yeməli görünür,o görünüşə aldanıb yeyir çoxları.Bəziləri isə bilmirlər ziyanlıdı ya yox,buda məlumatsızlıqdan irəli gəlir.Ona görə məlumatlanmaq lazımdı ilk öncə.Təşəkkürlər xəbərə görə
  3. AleDa
    • AleDa
    • 15 Ekim 2015 16:44
    Heyatimda 1 defe getmisem Mcdonalds-a. Sadece kartofu beyendim yedim. Bele yemekleri sevmirem. Evde hazirlanan yemekler hamisindan gozeldi. En azindan nece hazirlandigini ve icinde neler oldugunu bilirsen.. Melumat ucunde tewekkurler...
  4. Marshall Mathers
    Sitat: Jessica
    Mən 6/ay bundan əvvəl almışdəm evə gətirmişdim yemədim yadımdan çıxdı qadl 5/6/gün mətbəxdə sonra baxdıqımda üzərində göyərmə vardı mənə elə gəlirki bu xaricdə belədi bizdə belə deyil birde ordada yazıldıqı kimi çox orda özünü reklam etirməkm üçün gedir amma mən Xaricdə görmüşəm heçdə bizim kimi deyil ən çox işdən çıxış və nahar vadı elə yerlərdə camahat növbəyə durur işləyən adamlar daha çox gedir nəyinki uşaq və gəclər ...bizdəysə əksinə ....çox az yeyirem 3:/4ayda bir bir çeki sağlam qida olmadıqını bilirem ...
    Kim az və xəsdə bir ömür yaşayırsa onun səbəkarı özüdü çalışmalıyıki bu cüre yeməklərdən uzaq duraq...Maraqlı xəbər iydi bəlkə bir iki adam oxuyar

    sennen bashga hech inanmiram oxuyan olsun :)
  5. Jessica

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.