Nə üçün həm pis əməl sahiblərinin, həm də salehlərin başına bəlalar gəlir?

18 Eylül 2014
1 528
0
Nə üçün həm pis əməl sahiblərinin, həm də salehlərin başına bəlalar gəlir?
Nə üçün həm pis əməl sahiblərinin, həm də salehlərin başına bəlalar gəlir?

Nə üçün həm pis əməl sahiblərinin, həm də salehlərin başına bəlalar gəlir?

Bəzən insanlar bir bəlaya düçar olurlar ki, həm pislər və həm yaxşılar ziyan çəkir. Bəzən də yaxşı insanlar bəlaya düçar olur, amma pis insanlara bəla yetişmir. Onlar deyirlər: Bu iş tədbir və hikmətlə uyğunlaşmır. Bəs bunun dəlili nədir? Onların cavabında deyilməlidir:
Bu bəlalara salehlərin və fasidlərin düçar olmasına baxmayaraq Allah taala bu işdə onalrın hər ikisi üçün mənfəət qoymuşdur. Çünki salehlər müşkülə düşəndə Allahın keçmiş nemətlərini yada salır və ona həmd səna edir, öz işlərində səbirli olurlar. Fasidlər də bəlaya giriftar olanda, bir az əziyyətə düşürlər və günahdan və fəsaddan pəhriz edirlər.
Həm də nemət və salamatçılıq da onların xeyrinədir. Salehlər yaxşı əməl sahibi olduqlarına görə şad olurlar. Bu nemətlərlə onların yaxşı işlərinə rəğbəti daha da artır. Facirlər və fasidlər də Allah-taalanın mehr və məhəbbətini dərk edir və anlayırlar ki, Allah-Taalalayiq olmamasına bamayaraq, onlara nemət və sağlamlıq əta etmişdir. Sonra Allahın bu məhəbbət və güzəşti səbəb olur ki, bu insanlar da insanlara məhəbbət bəsləsinlər və güzəşt etsinlər.
Mümkündür bir kəs soruşa: Bu dedikləriniz bəlanın insanın malına gəldiyi zamandır, amma bəla insanın, canına gələndə? Məsələn: Yanmaq, suda batmaq, sel və zəlzələ.
Onların cavabı budur. Allah-Taalabu işdə də hər iki qurup üçün xeyir qoymuşdur. Çünki salehlər bu qarışıq saraydan bəlalar və çətinliklər vasitəsi ilə rahatlığa çatırlar. (nemət və rahatlıq mənzilinə yetişirlər) Facirlər və fasidlər də bu bəlalardan ölürlər. Bir tərəfdən onların axirət əzabının azalmasına səbəb olur. Həm də onların fisq və fəsaddan uzaqlaşmasına səbəb olur.
Sözün qısası uca məqamlı Yaradan öz hikmət və qüdrəti ilə hər şeyi insanların xeyrinə yaratmışdır.
Əgər desə: Niyə bu hadısələr baş verir?
Cavabında deyilməlidir: Ona görə ki, fasidlər və fasiqlər rahatlıqdan günaha mürtəkib olmasınlar. Əksərən bu hadisələr insanlar rahatlıqda və nemət içində olanda baş verir. Və bu bəlalar da onları süqut etməkdən saxlayır. Əgər bu bəlalardan amanda qalsalar tüğyan və günah edərlər. Necə ki, insanlar öncə belə idilər. Günaha və fəsada qərq olduqları üçün bəlaya və tüğyana giriftar oldular ki, yer onların çirkinliyindən təmizlənsin.


Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.