Dostlar çox yaşamağa kömək edir

18 Ekim 2015
1 587
1
Dostlar çox yaşamağa kömək edir
Dostlar çox yaşamağa kömək edir

Dostlar çox yaşamağa kömək edir

İnsanın dostu çoxdursa, fiziki və psixi sağlamlığı da möhkəm olur. Anspress xəbər verir ki, Avstraliyalı alimlər dostluq etməyin faydalarını üzə çıxarıblar. Bunun üçün onlar 10 ildən artıq təqaüddə olan minlərlə yaşlı insanı öyrənərək sosioloji tədqiqat aparıblar. Tədqiqatlar nəticəsində alimlər belə nəticəyə gəliblər ki, dostluq münasibətləri insan ömrünü uzada bilər.

Nəticələrə görə, daha çox dostları olan yaşlı insanlar təkliksevən həmyaşıdlarına nisbətən çox yaşayırlar. İnsanın sağlamlığı dostların sayından asılıdır. Əgər insanın dostu çoxdursa, deməli fiziki və psixi sağlamlığı da möhkəm olur. Bununla belə, çox incə bir məqam mövcuddur. Dostluğun fiziki və psixi sağlamlığa müsbət təsiri üçün dostların təxminən eyni yaşa və yaxın sosial səviyyəyə məxsus olması çox əhəmiyyətlidir.

Möhkəm və uzun müddət dostluq münasibətində olanlar depressiya pozğunluğundan, ürək xəstəliklərindən daha az əziyyət çəkirlər. Sən demə, dostluq münasibətləri pis vərdişlərin qarşısının alınmasına da kömək edir. Belə ki, dostlar tərəfindən dəstəklənən insanlar nikotin və alkoqol asılılığından daha asan qurtulurlar.
Dostlar çox yaşamağa kömək edir.


Dostlar çox yaşamağa kömək edir
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ilawka
    xeber ucun tewekkurler maraqlidi 12
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.