Uşaqların Bürcləri Haqda

19 Eylül 2014
1 934
0
Uşaqların Bürcləri Haqda
Uşaqların Bürcləri Haqda

QOÇ
(21 Mart - 20 Aprel )


Əgər körpəniz Qoç bürcündəndirsə, ona körpə oyuncağı verib, dinc oturmasını gözləməyin. Belə şey ola bilməz. Qoç körpəsi səs-küy salan körpədir və nəyin bahasına olursa-olsun, mütləq diqqətinizi cəlb edər. Çox hərəkətlidir. Bir çox şeyə digər körpələrdən daha erkən başlayar, daha erkən danışar və gəzər. Olduqca enerjili olan Qoç körpəsi daim axtarışdadır. Müstəqil olmağa meyllidir, amma başqalarıyla ünsiyyət qurmağı da xoşlayır. Çətin yola gedən körpədir. Tez-tez digər körpələrlə döyüşər. Buna görə ona döyüşmədən oynamağı nə qədər erkən öyrədə bilsəniz, onun üçün o qədər yaxşı olar. Sizə xəbərdarlıq: Qoç körpəsinin ən çox istədiyi şey onunla məşğul olmağınızdır.

BUĞA
(21 Aprel - 21 May)


Əgər körpəniz Buğadırsa, onunla maraqlanma mövzusunda olduqca həssas olmalısınız. Buğa körpəsi şəfqətli öpüş və nəvaziş üçün yaşayır. Rahat və komfortlu olmağa ehtiyacı var. Buna görə yeməyi ləzzətli, yatağı rahat, otağı nə soyuq, nə də isti olmalıdır. Klassik olmayan oyuncaqlardan xoşlanır, oyuncaqları onun üçün çox əhəmiyyətlidir. Onları heç kimlə paylaşmaz. Buğa körpəsi üçün ailə çox əhəmiyyətlidir. Ənənəvi bir ailə modeli içərisində özünü daha rahat hiss edir. Qardaşı və ya bacısı varsa, onlarla yaxın olmağı xoşlayar. Buğa körpəsi yeni şeylər öyrənmək üçün tələsməz. Yalnız özü istədiyi zaman öyrənər; təzyiqə cavab verməz. Buna görə də onunla nəzakətli və həssas davranmalısınız.

ƏKİZLƏR
(22 May - 21 İyun)

Əkizlər körpəsi doğulduğu ilk gündən etibarən özünü göstərər. Böyük ehtimalla erkən danışmağa başlayacaq. Maraqlı və kəşf etmə ruhlu olduğundan xoşbəxt olmaq üçün hər şeyə maraq göstərəcək. Hər şeydən çox tez bezən körpədir. Ünsiyyət qabiliyyəti yüksək olan bu körpənin mümkün olduqca tez oyun yoldaşları tapmasına kömək etməlisiz. Əkizlər körpəsi digərləriylə çox tez ünsiyyət qura bilər. Hər şeyi çox tez öyrənər. Əkizlər körpəsi asılı körpə deyil. Öz bildiyini etməyi xoşlayar.

XƏRÇƏNG
(22 İyun - 22 İyul)

Xərçəng körpəsi digər körpələrə nisbətən daha həssas və romantikdir. Bu da 'gözyaşı' deməkdir. Çox ağlayar. Buna görə onu qucağa almaq, nəvaziş göstərmək və ya onu rahat hiss etməsini təmin edən digər şeylər böyük əhəmiyyət daşıyır. Özünü etibarlı yerdə hiss etməyə ehtiyacı var. Evdəki narahatlıqları hiss edər və bunlardan çox tez təsirlənər. Bu mövzuda həssasdır. Onun yanında mübahisə etməməyə çalışın. Ayrıca, çox iştahlı körpədir. Böyük ehtimalla ona yemək yedirə bilməmə kimi dərdiniz olmayacaq. Xərçəng körpəsi üçün ailə çox əhəmiyyətli anlayışdır. Buna görə də xüsusilə ailə içərisində onu qoruduğunuzu göstərməlisiniz. Ümumiyyətlə, anasını model seçər, onun davranış və rəftarını təqlid etməyə çalışar. Keçmişə dair xatirələrini yadda saxlamağa meyllidir. Pis də olsa, yaxşı da olsa, xatirələrini yaddaşında saxlayar.

ŞİR
(23 İyul - 23 Avqust)


Şir körpəsi hər şeydən əvvəl hay-küylü körpədir. Yəni uzun müddət yuxunu unuda bilərsiniz. Nə istədiyini sizə izah edənə qədər dayanmaz. Diqqət mərkəzində olmaq istəyər. Bütün ailəni maqnit kimi özünə çəkər və ətrafında pərvanə etdirər. Şir körpəsi nümayişlərinə erkən başlayar; ona tamaşa edilməsini sevər. Buna görə bir çox Şir körpəsi gələcəkdə böyük ulduz olar. Rəqabət aparmağı sevər. Tez-tez digər körpələrlə döyüşə girə bilər. Oyun sahəsində, ya da hər hansı ictimai yerdə diqqət mərkəzində olarsa, çox asanlıqla dost qazanar və dostluğunu davam etdirər. Amma məsuliyyətini və hətta oyuncaqlarını paylaşma mövzusuna gəldikdə, böyük çətinliklərlə üzləşər. Çünki o, kraldır (kraliçadır). Qaydaları qoyan o olmalıdır.

QIZ
(24 Avqust - 22 Sentyabr)


Qız körpəsi qətiyyətsizdir, buna alışın. Digər körpələrdən olduqca fərqli olaraq təkrarçılığa ehtiyac duyar. Bu təkrarçılığı dəyişdirməyi belə düşünməyin! O, dəyişikliyi sevməz. Yemək seçən və çətin bəyənən körpə ola bilər. Buna görə diqqətli olmağınız lazımdır. Amma Qız körpəsi sizdən çox şey istəməz. Təmiz bir yataq otağı və sadə geyimlər körpənizin ağlamaması üçün kifayətdir. Azca əlaqə onlara yetər, saatlarla öz-özünü sadə oyunlarla əyləndirər. Ətrafındakı bir çox körpədən daha erkən danışar, çünki ağlından o qədər çox şey keçər ki, onları bir an əvvəl izah etmək lazımdır. Erkən zamanlardan etibarən bu körpə anasının kiçik köməkçisi olar. Çünki başqalarına kömək etmək Qız körpələrinin ən əhəmiyyətli xüsusiyyətlərindən biridir. Müvəffəqiyyətləri ilə çox lovğalanmağı xoşlamazlar, çünki təbiətlərinə uyğun olaraq bir az utancaqdırlar.

TƏRƏZİ
(23 Sentyabr - 23 Oktyabr)


Tərəzi körpəsi onunla maraqlanmadan böyük həzz alar. İnsanlar bu körpəni sevməkdən özlərini saxlaya bilməzlər. Çox cazibədardırlar. Sakit və şirin, ətrafında insanlar olmasını sevən və təkliyi sevməyən körpədir.Tərəzi körpəsi qrup içində hər kəslə qaynaşar. Tərəzi bürcü xüsusiyyətləri olan ictimailik və diplomatiya nümayiş etdirər. Erkəndən vəkil, ya da hakim olmaq üçün hazırlanar. Xüsusilə tərəzi qızları həddən artıq qucaqlamalardan və nəvazişlərdən xoşlanmazlar. Bu körpələr gözəlliyi, gözəl paltarlar geyinməyi sevərlər. Rahatlıq da bu körpə üçün əhəmiyyətlidir. Təmiz, ütülü paltarlar və rahat bir otaq onun üçün idealdır.

ƏQRƏB
(24 Oktyabr - 22 Noyabr)


Əqrəb körpəsi dünyaya gələn zaman bütün gözlər onda olar. Və uzun zaman da belə davam edəcək. Çünki bu körpə əlaqənin mərkəzi olmalıdır. Əqrəb körpəsi istiqamətləndiricidir və ətrafındakı hər kəsin enerjisini əmər. Eyni zamanda da bir az sirlidir. Ağlamağa başladıqda səbəbini anlamaqda çətinlik çəkə bilərsiniz. Ümumiyyətlə, görünənin altında nələr olduğunu anlamaq çox çətindir. Onunla güc döyüşlərinə hazırlıqlı olmalısınız. Çünki Əqrəb körpəsi ana-atanın və digər hər kəsin öz planlarına uyğunlaşmasını istəyər. Digər tərəfdən, nə istədiyini açıq söyləyər və istədiyini də müvəffəqiyyətlə çatdırar. Əhəmiyyətli qeyd: Əqrəb körpəsi çirkli bezə nifrət edər. Buna görə bezlərini tez-tez dəyişdirməlisiniz. İzdihamdan xoşlanar, xüsusilə də əgər şounun lideri özüdürsə.

OXATAN
(23 Noyabr - 21 dekabr)


Oxatan körpəsi çox rahatdır və öz bildiyini edir. Tez gəzər. Kəşf etməyi çox sevdiyindən davamlı hərəkətdədir. Müstəqil və azad ruhludur. Ona rahat gəzə biləcəyi sahələr yaratmalısınız. Məhdudlaşdırılmış sahələr bu körpə üçün fəlakət sayılır. İctimai yerlərdə bir gözünüz onun üstündə olmalıdır, çünki hər an yeni kəşflər üçün harasa gedib itə bilər. Dost olmağı yaxşı bacarır. Bir çox dostu var və olacaq. İstər evdə olsun, istər çöldə - Oxatan körpəsi bir qrupun parçası olmaq üçün ürəyi gedər. Əslində onun görmək istədiyi bu dünyadır və buna görə daha çox şey görmək üçün kəşfə çıxmağa çalışar. Qatar, təyyarə, ya da gəmi – fərqi yoxdur, bu körpələrlə səfər etmək daha rahatdır.

OĞLAQ
(22 dekabr - 20 Yanvar)

Oğlaq körpəsinin doğulduğu gündən etibarən planı var və ona sadiq qalar. Digər körpələrə nisbətən daha ciddi və nizam-intizamlıdır. Çox diqqətli və qərarlıdır. Bir şeyin üzərində çox vaxt sərf edər. Yavaş öyrənər, amma bunun səbəbi hər şeyi yaxşı öyrənmək istəməsidir. Ona məsuliyyət verməkdən çəkinməyin! Böyüdükcə hər şeyi daha yaxşı anlamağa başlayar. Mükafatı sevər. Yaxşı niyyət mükafatlandırılır - körpə bu inancla xoşbəxt yaşayar. Oğlaq körpəsini öyrənmək üçün tələsdirməyin, qoyun özünü kəşf etmə yolunu tapsın.

DOLÇA
(21 Yanvar - 18 Fevral)


Dolça körpəsi təkdirmi? Belə görünsə də, görünüşə aldanmayın. O ümumiyyətlə tək qalmağı sevir – hətta ağlayan zaman belə. Problemlərini tək başına həll etməyi sevər. Ağılınıza: 'Körpənin başqalarıyla ünsiyyətdə olması lazım deyilmi?' - sualı gələ bilər. Bu, Dolça körpəsinin təbii halı olmadığından, ana və atanın təbliği ilə başqalarının varlığı da Dolça körpəsinin beyninə yeridilə bilər. Dolça körpəsinin başqalarına öyrədəcəyi çox şey var. Hər şeyi daha erkən və fərqli şəkildə qavrayar. Üsyankar körpədir. Valideynlər, qardaş-bacılar və dostlar ondan gözlənilməz şeylər görməyə alışmalıdırlar. Yoldaşlarının və digər şəxslərin ətrafında olması onun üçün çox əhəmiyyətlidir, amma bunu necə göstərəcəyini bilməz. Bu məmnuniyyətini göstərməsi üçün dəstəklənməlidir. Ayrıca, yaradıcı yönü vardır və bunu inkişaf etdirmək lazımdır.

BALIQ
(19 Fevral - 20 Mart)


Balıq körpəsi digər körpələrə müqayisədə daha romantikdir. Səbəbsiz yerə belə olsa, duyğulanıb ağlamaya başlaya bilər. Hisslərini çölə vurmaqdansa, ürəyində saxlamağı sevər. Qışqırıqlar yerinə mızıldanmalarla daha çox qarşılaşarsınız. Ailə içindəki narahatlıqları hiss edər və bundan çox təsirlənər. Eqoizmdən uzaq və düşüncəli bir quruluşu var. Oyuncaqlarını başqalarına verməsi kimi hərəkətlərdə də şəxsiyyətinin bu xüsusiyyəti müşahidə edilə bilər. Buna görə də körpənizin oyun qrupunda itələnib-yıxılmamasına diqqət yetirməlisiniz. Balıq körpəsi həssas quruluşa malikdir, bu səbəbdən valideynlərinin və ya yoldaşlarının həddən artıq göstərdiyi maraq ona yaxşı təsir edir. Haradasa gerçək dünyanı unudacaq qədər dərin düşüncələrə dala bilər. Xəyalpərəstdir. Ona çox izah etmək gərək deyil, onsuz da unudacaq. Balıq körpəsinə gecələr nəzarət etmək lazımdır, çünki tez-tez qorxulu yuxu görə bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.